Ağ Ev də onların Pakistana gedəcəyini təsdiqlədi

Ağ Ev də onların Pakistana gedəcəyini təsdiqlədi
DÜNYA
23:38 24.04.2026
724
ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və dövlət başçısının kürəkəni Cared Kuşner İran tərəfi ilə danışıqlar aparmaq üçün şənbə günü İslamabada uçacaqlar.

Bu barədə cümə günü Ağ Evin rəsmi nümayəndəsi Kerolayn Levitt mətbuat nümayəndələri ilə söhbəti zamanı bildirib.

"Uitkoff və Cared iranlıların mövqeyini dinləmək üçün sabah Pakistana yola düşəcəklər", - o bildirib.

Onun sözlərinə görə, Ağ Evdə bu görüşün müsbət irəliləyişlərə səbəb olacağına ümid edirlər.
OXŞAR XƏBƏRLƏR