Ağ Ev "Tiktok" hesabı açdı - ABŞ tarixində ilk yaşandı

Ağ Ev "Tiktok" hesabı açdı - ABŞ tarixində ilk yaşandı
DÜNYA
15:45 21.08.2025
301
Ağ Ev tarixində bir ilk olan rəsmi TikTok hesabını işə salıb.
 
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu addım ictimaiyyətdə çaşqınlıq yaradıb.

Hesabdan paylaşılan ilk videonun başlığında "Amerika, biz qayıtdıq. Necəsən, TikTok?".
 
TikTok 19 yanvarda ABŞ-də bir Amerika şirkətinə satılmadığı təqdirdə onu qadağan edən qanuna əsasən qadağan edilib.
 
ABŞ Prezidenti Tramp səlahiyyətlərinin ilk günündə bu qanunun icrasını 75 gün müddətinə dayandıran sərəncam imzalayıb.

Tramp TikTok-un qadağan edilməsinin tərəfdarı olmadığını, lakin qadağanın aradan qaldırılması üçün onun 50%-nin ABŞ şirkətinə verilməsini istədiyini bildirib. 
 
Bunun ardınca, iyunda Tramp "Tiktok"un ABŞ şirkətinə satılmaması təqdirdə platformanın qadağan edilməsini nəzərdə tutan qanunun dayandırılmasını daha 90 gün uzadacağını açıqlayıb.

Mikayıl
OXŞAR XƏBƏRLƏR