Ağ Evdə UFC döyüşü keçiriləcək

Ağ Evdə UFC döyüşü keçiriləcək
DÜNYA
09:51 04.07.2025
225
ABŞ prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün keçiriləcəyini bəyan edib.

Bu barədə ABŞ lideri Ayova ştatında Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünə həsr olunan tədbirdə çıxışı zamanı bildlrib.

O, çıxışında UFC prezidenti Dana Uaytın da adını çəkib: "Biz UFC döyüşünü Ağ Evin ərazisində keçirəcəyik. Orada yerimiz çoxdur".

Onun sözlərinə görə, söhbət 20-25 min tamaşaçının iştirakı ilə keçiriləcək çempion adı uğrunda döyüşdən gedir.

Tramp döyüşün tarixini və iştirakçıların adını dəqiqləşdirməyib.

Ağ Evin mətbuat katibi Karolayn Lyuittin sözlərinə görə, prezident "bu məsələdə ciddidir".

/report
OXŞAR XƏBƏRLƏR