Ağdaşda “qırğın” olub

Bütün Xəbərlər
20:08 06.03.2011
1829
Ağdaş Rayon Polis Şöbəsindən APA-nın Şirvan bürosuna verilən məlumata görə, Pirəzə kənd sakini, 1961-ci il təvəllüdlü Musayev Qamət Rəfi oğlu ilə həmkəndlisi, 1971-ci il təvəllüdlü Qasımov Yusif Ağəli oğlu arasında insident baş verib.

Münaqişə zamanı Qamət Musayev bıçaqla Yusif Qasımovun döş qəfəsinə və ürək nahiyəsinə iki zərbə vurub. Y. Qasımov rayon mərkəzinin 40 km-liyində yerləşən Pirəzə kəndindən Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, çoxlu qan itirdiyindən həkimlər onu xilas edə bilməyiblər. Qətli törədən şəxs tutulub.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

 

OXŞAR XƏBƏRLƏR