Rayonun Məşəd kənd sakini, 1973-cü il təvəllüdlü İsmayılov Cəfər Müzəffər oğlu Ağdaş şəhər sakini, 1983-cü il təvəllüdlü Mustafayeva Səadət Rafiq qızını aralarında baş verən mübahisə və dava zamanı boğaraq öldürüb.
S. Mustafayevanın Cəfər İsmayılovla yaxın münasibətdə olduğu bildirilir.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.