"Ağlıma ilk öncə sən gələcəksən"

KÖŞƏ
08:01 23.02.2011
2334


Kimisə küçədə gözləyəndə də
Sevdiyim insanı görməyəndə də
Keçmişi düşünüb kövrələndə də
Ağlıma ilk öncə sən gələcəksən.

Səs-küydən qaçıb, tək evdə qalanda
Oxuduğum illəri yada salanda
Sakitcə bir yerdə fikrə dalanda
Ağlıma ilk öncə sən gələcəksən.

Məhəbbət haqqında oxuyanda da
Oxuyub kitabı qurtaranda da
Ən çətin günümdə tək qalanda da
Ağlıma ilk öncə sən gələcəksən.

Şəhərdə tək gəzən bir qız görəndə
Ona yaxınlaşıb söhbət edəndə
Ayrılıb yanından çıxıb gedəndə
Ağlıma ilk öncə sən gələcəksən.

Toy günüm olacaq güləcəyəm mən
İçimdə ağlayıb öləcəyəm mən
Sualı verəndə donacağam mən
Ağlıma ilk öncə sən gələcəksən.

Mən səni hər zaman sevdim, sevirəm
İnan ki ,bu sözü qəlbdən deyirəm
Hara getsəm ancaq bunu bilirəm
Ağlıma ilk öncə sən gələcəksən.

ELMIR MURQUZOV 

 

OXŞAR XƏBƏRLƏR