Ağstafada 55 mindən artıq sursat tapılıb

Bütün Xəbərlər
12:06 09.01.2011
2121

“Saloğlu” lahiyəsi çərçivəsində təmizlənən ərazilərdən cari ildə 55 min 271 ədəd silah-sursat tapılıb. Bu barədə AzXeber.com portalına ANAMA-nın əməkdaşı Pərviz Gidayev məlumat verib.

Onun sözlərinə əsasən, ümumilikdə 2010-cu il də daxil olmaqla ötən illər ərzində tapılan 212 min 274 ədəd partlamayan hərbi sursat zərərsizləşdirilərək məhv edilib. “Lahiyəyə əsasən ANAMA-nın istehkamçıları tərəfindən çirklənən 5 mln 683.769 kvm ərazi təmizlənməli idi. Hazırda son 312.256 kvm ərazinin təmizlənməsi üzərində iş aparılır. Lahiyə yeni ilin birinci yarısına kimi yekunlaşmalıdır.”-deyə P.Gidayev əlavə edib. Bildirək ki, Ağstafanın Saloğlu ərazisi ruslar tərəfindən keçmiş hərbi bazanın partladılması nəticəsində çirklənib.

Günay Asifqızı


 

OXŞAR XƏBƏRLƏR