Azərbaycan Premyer Liqasının 12-ci turunda keçirilən "Səbail” - "Turan Tovuz” matçında "Səbail"in kapitanı Ağabala Ramazanov ağır zədə alıb.
Belə ki, meydan sahiblərinin kapitanı Ağabala Ramazanov rəqib futbolçu ilə toqquşub və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.
Futbolçunun son vəziyyəti ilə bağlı AZXEBER.COM-a danışan "Səbail" klubunun mətbuat katibi Rəşad Məmmədov bildirib ki, Ağabalanın vəziyyəti stabildir:
"Ağabala Ramazanovun vəziyyəti stabildir. "Liv Bona Dea" klinikasında müalicə alır. Kəllə beyin travması diaqnozu qoyulub. Müalicəsində irəliləyiş var. Huşu və nitqi yerindədir. Ciddi həkim nəzarətindədir".
Mikayıl Mirzəzadə