Uzun müddətdir səhhəti ilə bağlı problemlər yaşayan Xalq artisti Ağadadaş Ağayev üçüncü dəfə ağır əməliyyat keçirib.
AZXEBER.COM xəbər verir ki, Hacı Nuran Hüseynov sosail şəbəkə hesabında Ağadadaş Ağayevin əməliyyatının 2 saat davam etdiyini, müğənninin vəziyyətinin əməliyyatdan sonra yaxşı olduğu bildirilib.
O, Xalq artistinin ağır əməliyyatından yazaraq vəziyyətinin yaxşı olduğunu bildirib:
"Qardaşım, dostum Ağadadaş Ağayev əməliyyatdan sağ-salamat çıxdı. Türkiyənin ən məşhur həkimlərinin iştirakı ilə baş tutan əməliyyat 2 saat çəkdi.
Əslində bu, elə də böyük müddət deyil. Amma belə ağır əməliyyatları keçirən biri kimi bu 2 saatın nə olduğunu, bəlkə də, məndən yaxşı bilən yoxdur.
Ağadadaş Ağayevin əməliyyatdan çıxmasını gözləyən əzizləri, doğmaları, yaxınları, dostları üçün də o 2 saat eləcə uzun çəkdi.
Çox şükür ki, Tanrı dualarımızı eşitdi. Elin sənətkarı üçüncü əməliyyatdan salamat çıxdı. Hazırda səhhəti də qənaətbəxşdir”.
Xatırladaq ki, Xalq artisti Ağadadaş Ağayev xərçəng xəstəliyindən əziyyət çəkir.