"Əgər hansısa həmkarına hiss etdirsən ki, o səndən üstündür, sənin sənətin batdı”.
AZXEBER.COM xəbər verir ki, Rüfət Nasosnu bu fikirləri ATV-də "Rəngarəng səhər” verilişində deyib.
Ona ünvanlanan "Sənətdə ən güclü ustad kimi hesab edirsiniz?” sualına meyxanaçıdan gözlənilməz cavab gəlib.
"Burada ən güclü yoxdur. Bu karate deyil ki, ən güclüsü olsun".
Rüfət, Ağamirzənin Rəşad Dağlını ustad adlandırmasına da fərqli reaksiya verib:
"Ağamirzə deyibsə ki, ən güclü Rəşad Dağlıdır, bu onun şəxsi fikridir. Demək o belə görür. Mənə görə də Rəşad əladir, superdir. Amma bu o demək deyil ki, həmişə birinci o olmalıdır. Mən elə adam tanıyıram ki, Sumqayıtda "Çil” Elşən deyirlər ona . Yaxşı yox ha, çox ideal meyxanası var. Amma nə olsun ki? Heç kim onu tanınmır. Əgər tanınmışlardan deyirsinizsə, mənim üçün gəlmiş-keçmiş ən yaxşı meyxanaçı Aydın Xırdalanlıdır”.
Aysel