Aktyor Çağatay Ulusoy Türkiyənin cənub şərqində yerləşən Siirtin bir kənd məktəbinə gizlicə yardım edib.
AZXEBER.COM-un Axşam.az-a istinadən məlumatına görə, ehtiyaci olan şagirdlərə geyim və dərs ləvazimatları göndərən Çağatay bunun gizli qalmasına çalışıb. Lakin məktəbin sosial şəbəkədəki rəsmi səhifəsi aktyora təşəkkür edərkən yardım üzə çıxıb.
Məktəbdə şagirdlər və müəllimələr Ç.Ulusoya təşəkkür etmək üçün pankartlar hazırlayıblar.