ABŞ-ın ədliyyə naziri: "Bin Laden "qanuni hədəf" idi"

Bütün Xəbərlər
02:38 13.05.2011
1786

Üsamə Bin Ladenin ABŞ xüsusi təyinatlıları tərəfindən Pakistanın Abbotabad şəhərində zərərsizləşdirilməsini “siyasi motivli qətl” hesab etmək olmaz. Bunu Birləşmiş Ştatların ədliyyə naziri Erik Holder deyib. ABŞ ədliyyə nazirinin sözlərinə görə, Bin Ladenin öldürülməsi ilə nəticələn əməliyyat qanunidir və beynəlxalq hüquq çərçivəsindən kənara çıxmır. O, “Əl-Qaidə” liderini “qanuni hədəf” adlandırıb. 

Böyük Britaniya telekanallırından birinə müsahibə verən ABŞ ədliyyə naziri həmçinin “Əl-Qaidə” liderinin zərərsidləşdirilməsi əməliyyatının "milli özünümüdafiə" kimi qiymətləndirib. O bildirib ki, bin Laden heç vaxt diri ələ keçirilməyəcəyinə dair and içibmiş və ABŞ əməliyyatçılarında onun "şəhid kəməri" daşıması və otağında silahın olması barədə məlumat olub. 

Qeyd edək ki, bin Ladenin oğulları bir neçə gün öncə ABŞ-ı silahsız adamı öldürməklə, onun ailə üzvlərinə atəş açmaqla və onun cəsədinin dənizə atmaqla əsas hüquq prinsiplərini kobud şəkildə pozmaqda ittiham etmişdi. “Nyu-York Tayms” qəzetində nəşr olunmuş bəyanatda bildirilir ki, Vaşinqton nəinki beynəlxalq hüquqları, hətta günahsızlıq prezumpsiyasını pozaraq bin Ladeni ədalətli məhkəmə istintaqı hüququndan məhrum edib.

//Ans Press

 

OXŞAR XƏBƏRLƏR