ABŞ-Azərbaycan birgə hərbi təlimi təxirə düşdü

ABŞ-Azərbaycan birgə hərbi təlimi təxirə düşdü
Bütün Xəbərlər
11:10 19.04.2011
1540

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik-leytenant Eldar Sabiroğlu APA-nın sualına cavab olaraq deyib ki, nəzərdə tutulan təlim qeyri-müəyyən vaxta təxirə salınıb. 
E. Sabiroğlu təlimin təxirə düşməsinin səbəbi barədə tam məlumatı olmadığı üçün hər hansı şərh verməyi lazım bilmədiyini deyib. 

“Bu hal Azərbaycan - ABŞ hərbi əməkdaşlığına hər hansı təsir edə bilərmi” sualına nazirlik sözçüsü belə cavab verib: “Mən inanmıram ki, belə bir şey baş versin. ABŞ-Azərbaycan hərbi əməkdaşlığı bundan sonra da davam edəcək”.

Qeyd edək ki, APA-nın əldə etdiyi məlumatda 15-25 may tarixlərində “Regional cavab-2011” adı altında ABŞ - Azərbaycan birgə hərbi təliminin naməlum səbəblərdən qeyri-müəyyən vaxta təxirə salındığı bildirilirdi.

 

OXŞAR XƏBƏRLƏR