ABŞ dövlət katibi Mərakeşdə həyata keçirilən hücumu qınayıb

Bütün Xəbərlər
14:18 29.04.2011
1471

AZXEBER.COM portalının “Amerikanın Səsi” qəzetinə istinadən verdiyi xəbərə görə,  Hillari Klinton Amerikanın Mərakeş hökumətinə istintaqa yardım təklif etdiyini bildirib. Mərakeşin mərkəzində yerləşən ikimərtəbəli kafedəki hücum zamanı ölənlərin 10-u xaricilər olub.  Mərakeş rəsmiləri hücumu terror aksiyası kimi qiymətləndirib.Mərakeş kralı Məhəmməd təhqiqatın sürətləndirilməsinə göstəriş verib. Bu ölkədə 2003-cü ildə islamçı ekstremistlər silsilə hücumlar həyata keçirmişdi. Nəticədə 12-i intuharçı olmaqla, 45 adam həlak olmuşdu.

 

OXŞAR XƏBƏRLƏR