Filip Krou həmin amerikalı diplomatları müdafiə edib. Dövlət Departamentinin sözçüsü deyib ki, amerikalı diplomatlar fəaliyyət göstərdikləri xarici ölkələrdə baş verən proseslərlə bağlı səmimi və dürüst dəyərləndirmələrini ABŞ-a çatdırırlar: “Bu, faydalı və əhəmiyyətlidir. Diplomatlarımız bunu etməyə davam edəcəklər. Digər ölkələrin diplomatları da eyni işlə məşğuldurlar”.
Qeyd edək ki, saytında yer alan bir məxfi diplomatik sənəddə Türkiyədə fəaliyyət göstərən amerikalı diplomatlardan biri yazıb ki, Rəcəb Tayyib Ərdoğanın İsveçrədə 8 bankda hesabı, pulları var. Jurnalistlərdən biri mətbuat konfransında Filip Kroudan bu məsələ ilə bağlı Türkiyə hökumətinin rəsmiləri ilə əlaqə saxlanılıb - saxlanmadığını soruşub. Filip Krou isə diplomatik sənədlərin məzmunu ilə bağlı hər hansı şərh verməyəcəyini bildirib.