AZXEBER.COM-un məlumatına görə, ABŞ-ın ölkəmizdəki səfirinin mətbuat katibi Kis Binin müşayiəti ilə Jurnalistika fakultəsində baş tutan görüşün məqsədi C.Körtlinin müəllifi olduğu “Media Hüququ” kitabının jurnalist tələbələrə tanıdılması və buradakı biliklərin mənimsənilməsi olub. Təqdim olunan kitabda jurnalistlərin etik davranış kodeksləri, yeni media, vətəndaş mediası, mətbuat və söz azadlığı və s. bu kimi bölmələr öz əksini tapıb.
Ceyn Körtli AZXEBER.COM portalının suallarını da, cavablandırıb.
- “Freedom House” təşkilatının hesabatına görə Azərbaycan mətbuat azadlığının pis vəziyyətdə olduğu ölkələr siyahısında Əfqanıstandan və İraqdan geridə durur. Sizcə İraq və Əfqanıstanda söz və mətbuat azadlığı Azərbaycandakından daha çoxdur?
- “Freedom House” təşkilatının hesabatı obyektiv hesabatdır. Amma bəzən onları başa düşmək çox çətindir. Mən düşünürəm ki, bu hesabatı yazan mütəxəssislər siyahıda qeyd edilən ölkələrin bəziləri haqqında müəyyən təsəvvürə sahibdirlər. Onlar həmin ölkələrə kənardan obyektiv baxsalar da, həmin ölkəyə səfər edib problemi dərindən araşdırdıqda görürsən ki, əslində, problem heç də belə deyilmiş. Bəzən hətta “Freedom House”dan eşidirik ki, ABŞ heç də müstəqil ölkələr arasında deyil. Yəni buna daha dərindən varanda, bu bir təşkilatdır və onların hesabatı reallığın tam əksi deyil.
Əfsələddin Ağalarov