ABŞ səfirliyi Cabbar Savalanla bağlı açıqlama yaydı
Bütün Xəbərlər
06:51 06.05.2011
1772
Mayın 4-də Sumqayıt Şəhər Məhkəməsi Cabbar Savalanlını 2 il 6 ay müddətinə azadlıqdan məhrum edib.
“Azadlıq” radiosunun məlumatına görə, ABŞ səfirliyinin açıqlamasında deyilir ki, Cabbar Savalanlının “Facebook” şəbəkəsində etirazlara səsləyən şərhlər yerləşdirməsindən az sonra həbsi bəzi müşahidəçilərdə ona qarşı ittihamların həqiqiliyi və bu halda ədliyyə sisteminin müstəqilliyi ilə bağlı suallar doğurur. Amerika Birləşmiş Ştatları Azərbaycanda demokratik qurumların və hüquq normalarının güclənməsini əzmlə dəstəkləyir. Ədliyyə orqanlarına müraciət edilir ki, Savalanlının apellyasiyasına Azərbaycanın hüquq və beynəlxalq öhdəliklərinə uyğun şəkildə baxılsın.