ABŞ Suriyaya qarşı sanksiyalara başlayır

Bütün Xəbərlər
06:56 30.04.2011
1467
Qərar Suriyada hökümətə qarşı çıxaraq, etiraz edənlərə təzyiq göstərildiyinə görə qəbul edilib.

Sanksiyalar üç suriyalı idarəçini, Suriya Kəşfiyyat Dairəsi və İran İslam İnqilabı Gözətçilərini hədəf alıb. Onların Amerikadakı mülkləri müsadirə olunacaq, yerli şirkətlərlə əməkdaşlıq etməsi qadağan ediləcək.

Qeyd edək ki, sanksiya tətbiq olunanlar siyahısında prezident Bəşar Əsadın qardaşı Mahir Əsad, əmisi oğlu Atif Nəcib və Suriya ümumi Kəşfiyyat Dairəsi Başçısı Əli Memluk var.

OXŞAR XƏBƏRLƏR