AZXEBER.COM Anadolu agentliyinə istinadən xəbər verir ki, bombardman nəticəsində 4 nəfər həlak olub. Adının açıqlanmasını istəməyən pakistanlı kəşfiyyat səlahiyyətlisi pilotsuz təyyarədən atılan iki mərminin bir evi yerlə bir etdiyini deyib. Hücumla əlaqədar hələlik rəsmi məlumat verilməyib.
ABŞ-ın 2008-ci ildən bəri Pakistanı bombalaması nəticəsində 2 mindən çox dinc insan həlak olub.