Sosial şəbəkələrdə ABB-yə məxsus bankomatlardan biri ilə bağlı vətəndaşın şikayəti gündəm olub.
AZXEBER.COM xəbər verir ki, vətəndaş bankomatdan pul çıxarmaq istəyərkən aparatın işləmədiyini görüb və məsələ ilə bağlı ABB-nin müştəri xidmətinə müraciət edib.
Bank tərəfindən müraciət qeydə alınıb və vətəndaşa 20 dəqiqə gözləməsi, bankomatın yenidən işləyə biləcəyi bildirilib.
Vətəndaşın sözlərinə görə, o, təxminən 30 dəqiqə gözlədikdən sonra bankomatın yanından ayrılıb. Lakin sonradan müraciətin nəticəsi barədə ona məlumat verilmədən şikayət bağlanıb.
@azxeber.com ♬ orijinal ses - Azxeber Media











































