'Abbas Abbasov ciddi nəticələr çıxarmalıdır' - Əli Əhmədov

SİYASƏT
12:50 13.06.2013
2052

“Abbas Abbasovun Azərbaycanla bağlı çirkli işlərdə iştirak etməsi ilə bağlı fikirlər səslənməkdədir. Əgər bu faktlar həqiqətə uyğundursa, biz buna böyük təəssüf edirik”. 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi, deputat Əli Əhmədov Abbas Abbasovun son günlər yaydığı bəyanata münasibət bildirərkən deyib. 

A. Abbasovun Azərbaycanda uzun müddət yüksək dövlət vəzifələrini icra etdiyini xatırladan Ə. Əhmədov qeyd edib ki, Heydər Əliyev ona böyük etimad göstərib: “Ondan sonra Azərbaycan prezidenti İlham Əliyev də ona böyük etimad göstərib. Əgər bütün bu etimadlardan sonra o, Azərbaycanda Heydər Əliyev xəttinin həyata keçirilməsinə qarşı çıxan hərəkətlər edəcəksə, Azərbaycan vətəndaşları bunu qəti şəkildə pisləyəcəklər. Ona görə də hesab edirəm ki, Abbas Abbasov bundan ciddi nəticələr çıxarmalıdır. Azərbaycan adını daşıyan, azərbaycanlı olan hər kəs hansı ölkədə yaşamasından asılı olmayaraq, milli maraqları qorumalı, buna uyğun hərəkət etməlidir”.

YAP-ın V qurultayında İlham Əliyevin yenidən prezidentliyə namizədliyinin irəli sürüldüyünü xatırladan Ə. Əhmədov bildirib ki, Azərbaycan seçicilərinin böyük əksəriyyəti İlham Əliyevi birmənalı olaraq dəstəkləyəcək: “Təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda yaşayan azərbaycanlılar da İlham Əliyevin namizədliyini Azərbaycanın inkişafına təkan verə biləcək, təmin edəcək zəruri hal hesab edirlər. Bütün bu reallıqları nəzərə alaraq hesab edirəm ki, buna qarşı gedənlər əslində Azərbaycana qarşı durmuş olurlar. Azərbaycan vətəndaşları da buna qarşı sərt mövqe bildirəcəklər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
14:07 10.03.2026
Nərimanovda premium mənzillər faizsiz kreditlə: “City Garden Narimanov”da satış davam edir
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
14:00 10.03.2026
Tehran atəşkəsə qarşı çıxdı: "İsrail dərsini almalıdır"
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
13:53 10.03.2026
Azərbaycanın İrana göndərdiyi humanitar yardım Astara sərhədindən yola salındı - VİDEO
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
13:50 10.03.2026
"Süleymansız yaşamağımın nə mənası var?" - Cığatel İsaqızı
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
13:35 10.03.2026
“Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik” – Ekspert
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
13:28 10.03.2026
Bayrama görə pensiyalar bu tarixdə tam şəkildə ÖDƏNİLƏCƏK
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
13:17 10.03.2026
ABŞ və İsrailin mümkün planı: "İrana quru əməliyyat keçirilsə, faciə baş verə bilər"
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
13:16 10.03.2026
Aygün Kazımova "Nərgiz" jurnalının üz qabığında - Fotolar
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
13:11 10.03.2026
"Xanəndələrin bəziləri mahnı oxuya bilmir" - Əməkdar artist
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
13:06 10.03.2026
Məhkəmədən Rəqsanə İsmayılova barəsində YENİ QƏRAR
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
13:03 10.03.2026
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
12:58 10.03.2026
Rusiyada hicabla bağlı bu qadağa ləğv olundu
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
12:48 10.03.2026
Lerikdə 20 kiloqram narkotik vasitə aşkarlandı
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
12:40 10.03.2026
Prezident Naxçıvanın Konstitusiyasına dəyişiklikləri təsdiqlədi
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
12:32 10.03.2026
Güzəştli mənzil vədi ilə dələduzluq edən qadın saxlanıldı
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR
12:18 10.03.2026
Mirhicab Abdullayev yeni kitabını təqdim etdi - FOTOLAR