Abbas Abbasov prezidentlə görüşün detallarını açıqladı -VIDEO

Abbas Abbasov prezidentlə görüşün detallarını açıqladı -VIDEO
Bütün Xəbərlər
20:13 26.12.2012
1179

Görüşdə “Milyarderlər İttifaqı”nın fəaliyyəti müzakirə olunub və prezident bu təşkilatın gələcəyi ilə bağlı tövsiyyələrini verib Azərbaycan prezidenti İlham Əliyev dekabrın 25-də baş nazirin keçmiş I müavini, Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının rəhbəri Abbas Abbasovu qəbul edib. Görüşdə prezident Rusiyadakı azərbaycanlıları özündə birləşdirən təşkilatların gələcək fəaliyyətinə öz münasibətini bildirib. Görüşlə bağlı ANS-ə eksklüziv müsahibə verən Abbas Abbasov gələcək fəaliyyətlərinin bundan sonra necə qurulacağı barədə danışıb: “Cənab prezidentlə görüşdükdə bütün yeni yaranan təşkilatlar, Ümumrusiya Azərbaycanlıları Konqresi, Federal Milli-Mədəni Muxtariyyətimiz haqqında, demək olar ki, bütün bu məsələlər, qurumlar ətrafında dərin söhbətimiz oldu. Cənab prezident bu təşkilatların fəaliyyətini istiqamətləndirdi, öz tövsiyyələrini verdi və mənə bu məsələlərlə bağlı sıx əlaqə yaratmaqla yaxından məşğul olmağı həvalə etdi. Bütün bu boşluqları aradan götürməyi tapşırdı. Bu təşkilatların fəaliyyəti də Azərbaycan naminə, Azərbaycan-Rusiya əməkdaşlığı naminə, azərbaycanlılar naminə xidmət edəcək”.

OXŞAR XƏBƏRLƏR