Abbas Abbasov sədr seçildi

Abbas Abbasov sədr seçildi
Bütün Xəbərlər
15:45 25.01.2013
920

Moskvada Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti “AzərRos”un V qurultayı keçirilib.

AZXEBER.COM-un APA-a istinadən verdiyi xəbərə əsasən, qurultayda Rusiyanın yüksək səviyyəli rəsmi şəxslərindən iştirak edən olmayıb, həmçinin Rusiya prezidenti və baş nazirinin də tədbirə hər hansı təbrik məktubu ünvanlanmayıb.Qurultayda yeni yaradılmış Rusiya Azərbaycan Təşkilatları İttifaqında (RATİ) toplaşmış tanınmış azərbaycanlı biznesmenlərdən də iştirak edən olmayıb. RATİ-də təmsil olunanlardan yalnız Rüstəm İbrahimbəyov və Azərbaycan baş nazirinin keçmiş müavini Abbas Abbasov qurultaya qatılıb.Qurultayda hazırkı prezident Söyün Sadıqov hesabat məruzəsi ilə çıxış edib, hesabat səsə qoyularaq, qəbul edilib.Qurultayda daha sonra təşkilatın Nizamnaməsinə bəzi dəyişikliklər müzakirəyə çıxarılıb. S.Sadıqovun təklifi ilə “AzərRos”un Federal Şurasının strukturuna dəyişiklik edilib, şuranın sədri vəzifəsi ləğv edilərək, katiblik yaradılıb.S.Sadıqov qurumun prezidenti postunun ləğv edilərək, əvəzində direktor vəzifəsinin yaradılmasını təklif etsə də, onun bu təklifi qəbul olunmayıb.“AzərRos”un əsas idarəedici orqanı olan Ağsaqqallar Şurası təsis edilib. Ağsaqqallar Şurasının tərkibinə Rüstəm İbrahimbəyov, Abbas Abbasov, Ramiz Abutalıbov, Tofiq Məlikli, Natiq Ağamirov, Rüstəm Arifcanov, Qalib Ağayev və Şirvan Kərimov seçiliblər. A. Abbasov Ağsaqqallar Şurasının sədri seçilib.Daha sonra “AzərRos”un prezidenti postuna seçki olub. Asif Məhərrəmov qurumun prezidenti seçilib. Prezidentlik institutu bundan sonra “AzərRos”un qərarverici və idarəedici deyil, icraedici orqanı kimi fəaliyyət göstərəcək.S.Sadıqov isə qurumun fəxri prezidenti seçilib.Bununla da, qurultay başa çatıb. Qeyd edək ki, bir müddət öncə S. Sadıqov yeni siyasi partiya yaratması ilə əlaqədar “AzərRos”un prezidenti vəzifəsindən istefa verdiyini bildirib. O, hazırda Rusiyada fəaliyyət göstərən Abbas Abbasovun “AzərRos”un prezidenti vəzifəsinə namizədliyini Rusiya prezidenti Vladimir Putinlə də müzakirə etdiyini açıqlayıb. Xatırladaq ki, “AzərRos” 1999-cu ildə yaradılıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
05:19 05.04.2026
ABŞ-də İranla müharibə başlayandan bəri benzinin orta qiyməti 37 % artıb
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
03:38 05.04.2026
İran BƏƏ-də alüminium sənayesi obyektlərinə zərbə endirdiyini açıqlayıb
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
02:52 05.04.2026
Çəpiş ətinə tələbat niyə artıb? - VİDEO
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
01:04 05.04.2026
Zığ sakinləri təhlükə içində: "Uşaq gözümün qabağında kanala düşdü" - VİDEO
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
00:23 05.04.2026
İcarəyə verilən avtomobillər üçün sığorta haqqı artırıla bilər - VİDEO
Avstraliyada güclü zəlzələ oldu
23:43 04.04.2026
Avstraliyada güclü zəlzələ oldu
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
23:39 04.04.2026
Ata-ana imtina etdi, nənə isə uşaqlar evinə verir - Komitədən açıqlama
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
23:30 04.04.2026
Dövlət Agentliyi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
23:16 04.04.2026
Türkiyə Superliqası: "Qalatasaray" Trabzon səfərində büdrədi
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
22:58 04.04.2026
Əraqçi: Nüvə obyektlərinə hücumlar ağır ekoloji nəticələrə səbəb ola bilər
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
22:38 04.04.2026
Ata-anası imtina etdi - Nənəsi də uşaq evinə vermək istəyir
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
22:27 04.04.2026
İsrail Livan və İranda 200-dən çox hədəfi vurduğunu açıqlayıb
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
22:15 04.04.2026
"Müalicələrini davam etdirmək üçün uşaqları evə gətirmişdim" - Sumqayıtda övladını itirən atanın FƏRYADI - VİDEO
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
21:54 04.04.2026
Skuter sürənlər hansı hallarda cərimələnə bilərlər? - VİDEO
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
21:36 04.04.2026
Azərbaycanın bəzi yerlərində qar yağır - FAKTİKİ HAVA
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib
21:32 04.04.2026
Ərdoğan HƏMAS-ın nümayəndə heyətini qəbul edib