Abbas Araqçi: İran danışıqlar üçün Omana nümayəndə heyəti göndərməyib

Abbas Araqçi: İran danışıqlar üçün Omana nümayəndə heyəti göndərməyib
DÜNYA
22:11 18.06.2025
755
İran rəhbərliyi danışıqlar üçün Omana nümayəndə heyəti göndərməyib

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi "Al Jazeera" telekanalına açıqlamasında bildirib.

"Biz Oman Sultanlığına danışıqlar aparmaq üçün heç bir nümayəndə heyəti göndərməmişik. Mən danışıqlar heyətinin başçısı kimi Tehrandan çıxmamışam. Bu məlumatlar həqiqəti əks etdirmir,” – deyə Araqçi vurğulayıb.
OXŞAR XƏBƏRLƏR