Abbas Əraqçi: Regionun təhlükəsizliyi İransız qurula bilməz

Abbas Əraqçi: Regionun təhlükəsizliyi İransız qurula bilməz
DÜNYA
16:48 14.06.2026
145

Regionun təhlükəsizliyi İrana məhəl qoyulmaması üzərində qurula bilməz.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi İslam Respublikasının ictimai fəalları ilə görüşdə deyib.

"Son müharibənin təcrübəsi göstərib ki, regionun təhlükəsizliyi İranın kənarlaşdırılması və ya ona məhəl qoyulmaması üzərində qurula bilməz", - Əraqçi bildirib.

Onun sözlərinə görə, iqtisadi inkişaf və regional sabitlik yalnız bölgənin bütün ölkələrinin ümumi maraqlarının nəzərə alınması şəraitində mümkündür.
OXŞAR XƏBƏRLƏR