Abdul Xalid dünyasını dəyişən doğması üçün oxudu - "Anam hardasan?" FOTO - VİDEO

Abdul Xalid dünyasını dəyişən doğması üçün oxudu - "Anam hardasan?" FOTO - VİDEO
MAQAZİN
17:23 23.11.2017
1664
Fəryad dolu nəğmə klip ilə eyni anda tamaşaçılara təqdim olundu.
 
AZXEBER.COM-un məlumatına görə, iki ay bundan öncə xəstəlik səbəbindən anasını vaxtsız itirən tanınmış estrada müğənnisi Abdul Xaliddən xəbər var. Yaşadığı dərdi ovutmaq nə qədər çətin olsa da, o, özündə güc taparaq mikrofon və kamera qarşısına keçməyi bacarıb. Saytımıza açıqlama verən müğənni, anasının ruhuna ithaf etdiyi lahiyəsi barəsində oxucularımızı belə məlumatlandırdı:
 
"Mən təkcə anamı yox, həyatdakı tək dostumu, sirdaşımı itirdim. Onun yoxluğundan sonra keçirtdiyim acı hisslərimi heç bir sözlə izah edə bilmirəm. Allah-Təala dünyadan köçən cəmi valideynlərə rəhmət, yaşayanlara can sağlığı versin. Bir etiraf edim, həkimlər anamın ömrünə saatlar qaldığını deyəndə, yaddaşımda əməkdar artist Mətanət İsgəndərlinin illər öncə oxuduğu "Anam hardasan" mahnısı təzələndi. Özümü anamı itirəcəyim vaxta hazırladım...Yanımda olan dostlarım dəfndən sonra oxumaq istədiyimi biləndə təəccüblənmədilər. Əksinə dəstək olub, mahnının müəllifləri ilə əlaqə saxladılar. Buradan Mətanət xanıma, əsərin bəstəkarı Asif Kərimova və ana fəryadının sözlərini yazan mərhum şair Sərvər Şahbəylinin ailəsinə təşəkkür edirəm".
 
Qeyd edək ki, klipin çəkilişləri mərhum Mahizər Quliyevanın dəfn olunduğu Tovuz şəhərində və Bakıdakı Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında aparılıb. Ekran işinin rejissoru Fuad İsmayılovdur.
 
 


OXŞAR XƏBƏRLƏR