Abel Məhərrəmov beynəlxalq layihənin iştirakçılarını qəbul edib

Abel Məhərrəmov beynəlxalq layihənin iştirakçılarını qəbul edib
GƏNCLİK
15:23 12.11.2011
1873

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Tempus layihəsi çərçivəsində Vestminster Universitetinin professoru və İngiltərə Tempus layihəsinin Koordinatoru Nino Porakişvilinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. BDU-nun mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, görüşdə qeyd edilib ki, Bakı Dövlət Universiteti Tempus proqramı üzrə “Cənubi Qafqazda Biotibbi Elmlər Sahəsində Elektron Təhsilin və Distant Kursların İnkişaf etdirilməsi” adlı beynəlxalq layihənin iştirakçısıdır. Bu layihədə İngiltərənin Vestminster Universiteti, İtaliyanın Aquila Universiteti, Fransanın Brest Universiteti kimi aparıcı Avropa universitetləri, Cənubi Qafqazdan isə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Tibb Universiteti, Tbilisi Dövlət Universiteti və digər ali təhsil ocaqları iştirak edir. Layihənin Koordinatoru İngiltərənin Vestminster Universitetinin professoru Nino Porakişvili bildirib ki, layihənin məqsədi Cənubi Qafqaz Universitetlərində elektron və distant təhsil vasitəsilə Tibbi Molekulyar Biologiya sahəsini inkişaf etdirməkdən və bu sahədə birgə magistranların hazırlanmasından ibarətdir. Xanım Porakişvilinin sözlərindən o da məlum olub ki, BDU-nun 4 əməkdaşı yuxarıda adıçəkilən Avropa universitetlərində Molekulyar biologiya sahəsində 2 həftəlik distant və elektron təhsil sahəsində keçirilən təlimlərdə uğurla iştirak edib.

Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov isə BDU və tərəfdaş Avropa universitetləri arasında distant təhsilin qurulması üçün ayrılmış vəsait hesabına 10 ədəd kompyuterin alındığını və distant təhsil üçün xüsusi otağın yaradıldığını bildirib. Rektor həmçinin bu layihə çərçivəsində BDU-da magistratura pilləsində Tibbi Molekulyar Biologiya ixtisasının açılacağının planlaşdırıldığını, təhsilin Vestminster Universitetinin proqramına uyğun olaraq ingilis dilində keçiriləcəyinin də nəzərdə tutulduğunu qeyd edib. Rektorun sözlərindən o da məlum olub ki, bu ixtisasa qəbul olunan magistrantlar molekulyar biologiya sahəsində distant təhsil ala biləcək, magistraturanı bitirəndən sonra həm BDU-nun, həm də Vestminster Universitetinin ikili magistr diplomlarını alacaqlar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib
12:39 21.08.2026
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib