Abid Şərifov: “Son 1 ildə ölkədə 5 körpü dağılıb"

Bütün Xəbərlər
14:07 05.05.2011
1555

Əksər icra hakimiyyətlərinə, karxana və səhmdar cəmiyyətlərinin rəhbərlərinə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, hələ də iri tonnajlı yük maşınlarının və eləcə də konstruksiyalarına dəyişikliklər edilmiş avtomobillərin normadan artıq yük daşıması hallarına rast gəlinir. Bu sözləri Baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov deyib. Bu səbəbdən yalnız son 1 ildə ölkədə 5 körpü dağılıb. Bu körpülərin, həmçinin yolların təmirinə də hər dəfə külli miqdarda vəsait xərclənir.

Sahibkarlara, nəqliyyat və karxana sahiblərinə sonuncu dəfə xəbərdarlıq edən Baş nazirin müavini onları qayda-qanuna riayət etməyə çağırıb.

//AzərTAc

 

OXŞAR XƏBƏRLƏR