Abituriyentlərin universitetlərə imtahansız qəbul olmaq şansı var

Abituriyentlərin universitetlərə imtahansız qəbul olmaq şansı var
GƏNCLİK
20:22 27.04.2011
3022


TQDK-nın mətbuat katibi Elnur Nağızadənin sözlərinə görə, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri bu il müsabiqədənkənar müvafiq ixitisaslar üzrə ali təhsil müəssisələrinə qəbul olunacaq. Bunun üçün “Abituriyent ərizəsi” formasının surəti, müvafiq nailiyyətləri təsdiq edən sənədlərin əslini və surətini - diplom və fərdi proqram üzrə iştirakçı ölkələrin sayı göstərilən protokol göstərilməlidir. 

Xatırladaq ki, ötən il ilk dəfə bu çür müsabiqədənkənar qəbul keçirilib və sənəd verənlərin çoxu idman sahəsi üzrə olub. Abituriyentlərdən 40 nəfər Bədən Tərbiyəsi və İdman Akademiyası, 8 nəfər inçəsənət ixtisası üzrə yerləşdirilib.

//ANS TV

 

OXŞAR XƏBƏRLƏR