Abituriyentlər bu xəbəri mütləq oxusun! - QAYDALAR

Abituriyentlər bu xəbəri mütləq oxusun! - QAYDALAR
Bütün Xəbərlər
15:20 10.04.2012
2716
Qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu aşağıdakı qaydada aparılır
AZXEBER.COM-un məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu elan edib.Abituriyentlər aprelin 10-dan mayın 16-dək elektron ərizələrini doldurur və tələb olunan sənədləri aprelin 16-dan mayın 18-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirirlər. SQK-lar hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.Qəbul imtahanlarında iştirak etmək üçün ərizələrin qəbulu aşağıdakı qaydada aparılır:– Abituriyent TQDK-nın müvafiq internet səhifəsinə daxil olur və şəxsiyyəti təsdiq edən sənədindən və TQDK-nın virtual ödəmə kartından istifadə etməklə oradakı "Abituriyentin elektron ərizəsi" formasını doldurur. Virtual ödəmə kartını internet ödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olarBundan sonra abituriyent tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyasına (SQK) təqdim edib “Abituriyentin elektron ərizəsi” formasını təsdiq etdirir.Ümumi təhsil müəssisələrini 2012-ci ildə bitirən abituriyentlər ərizələrini aşağıdakı təhsil müəssisələrində yaradılmış SQK-larda təsdiq etdirirlər:Bakı şəhəri:Binəqədi rayonu 248 saylı məktəb (İ. Dadaşov küçəsi,70, tel.: 561-45-83);Binəqədi rayonu 115 saylı məktəb(Azadlıq prospekti 183, tel.: 569-04-94);Binəqədi rayonu 297 saylı məktəb (Y. Hüseynov küçəsi, 7-ci döngə, tel.: 406-69-84, 406-29-97);Xətai rayonu 95 saylı məktəb (Qaçaq Nəbi küçəsi, 13, tel.: 375-18-33, 570-51-06) ;Xətai rayonu 58 saylı məktəb (A.Novruzov küçəsi, 31, tel.: 424-82-35, 424-83-56);Xətai rayonu 249 saylı məktəb (Gəncə prospekti 14, tel.: 579-37-06, 471-20-60);Xəzər rayonu 136 saylı məktəb(Binə qəsəbəsi H. Hasilov küçəsi,1, tel.: 456-25-35);Qaradağ rayonu 139 saylı məktəb (Lökbatan qəsəbəsi N.Gəncəvi küçəsi, 1, tel.: 445-21-93);Nəsimi rayonu 19 saylı məktəb (A.Mustafayev küçəsi, 20, tel.: 569-62-71);Nəsimi rayonu 151 saylı məktəb (Dağıstan küçəsi, 36, tel.:440-28-68, 440-66-62);Nizami rayonu 220 saylı məktəb (E.Süleymanov küçəsi, 120, tel.:422-14-56);Nizami rayonu 10 saylı məktəb (İ.Məmmədov küçəsi, 9, tel.:570-41-20); Nərimanov rayonu 47 saylı məktəb (Azadlıq prospekti 139, tel.: 440-93-01, 440-96-25);Nərimanov rayonu 193 saylı məktəb (H.X.Məmmədov küçəsi, 11, tel.: 567-99-44, 566-69-02);Səbail rayonu 190 saylı məktəb (N.Rəfibəyli küçəsi, 8, tel.: 492-48-74); Səbail rayonu 51 saylı məktəb (20-ci sahə, .F.Nemanzadə, 3, tel.: 581-22-50, 581-51-94);Sabunçu rayonu 307 saylı məktəb (Zabrat qəsəbəsi, Axundov küçəsi, 55, tel.: 550-01-92, 550-01-94);Sabunçu rayonu 94 saylı məktəb (Bakıxanov qəsəbəsi, Ruhulla Axundov küçəsi, 9, tel.:428-47-08, 428-54-09);Suraxanı rayonu 85 saylı məktəb (Suraxanı qəsəbəsi 5-ci mədən, X.Ələkbərov küçəsi, 18, tel.: 452-14-07);Suraxanı rayonu 285 saylı məktəb (Günəşli qəsəbəsi “Q” yaşayış massivi, S.Cəfərov küçəsi, tel.: 477-02-85);Yasamal rayonu 13 saylı məktəb (A.Şərifzadə küçəsi,173, tel.: 432-89-81);Yasamal rayonu 225 saylı məktəb (Ə.Ələkbərov küçəsi, 507/511 məhəllə, tel.: 538-11-84, 538 31-61).Digər rayonlar (şəhərlər):Rayon (şəhər) təhsil şöbələri.Ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirənlər, ali və orta ixtisas təhsili müəssisələrinin məzunları, ilk peşə - ixtisas təhsili müəssisələrində tam orta təhsilini başa vurmuş və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan şəxslər ərizələrini aşağıdakı ali təhsil müəssisələrində yaradılmış SQK-larda təsdiq etdirirlər:Bakı Dövlət Universiteti(Bakı ş., Z.Xəlilov küçəsi, 23);Azərbaycan Texniki Universiteti(Bakı ş., H.Cavid prospekti, 25);Azərbaycan Dövlət Pedaqoji Universiteti(Bakı ş., Ü.Hacıbəyov küçəsi, 34);Azərbaycan Turizm İnstitutu(Bakı ş., Koroğlu Rəhimov küçəsi, 822/823-cü məhəllə);Azərbaycan Müəllimlər İnstitutu(Bakı ş., Akademik H.Əliyev küçəsi,104);Qafqaz Universiteti(Sumqayıt şossesi 16-cı km);Xəzər Universiteti(Bakı ş., Məhsəti küçəsi,11);“Azərbaycan” Universiteti(Bakı ş., Yasamal r-nu, General A.Abbasov prospekti, 84 – Lider TV-nin yaxınlığında);Bakı Biznes Universiteti(Bakı ş., H.Zərdabi küçəsi,88);Azərbaycan Dövlət Aqrar Universiteti(Gəncə ş., Atatürk prospekti, 262);Gəncə Dövlət Universiteti(Gəncə ş., Ş.İ.Xətai prospekti, 187);Azərbaycan Texnologiya Universiteti(Gəncə ş., H.Əliyev prospekti, 103);TQDK-nın Naxçıvan MR Regional Bölməsi(Naxçıvan ş., Nizami küçəsi, 10);Sumqayıt Dövlət Universiteti(Sumqayıt ş., 43-cü məhəllə);Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı(Sumqayıt ş., 16-cı məhəllə, 38”a”);TQDK-nın Lənkəran Regional Bölməsi(Lənkəran ş., H.Aslanov xiyabanı 52);Mingəçevir Politexnik İnstitutu(Mingəçevir ş., D.Əliyeva küçəsi, 21);Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı(Mingəçevir ş., H.Əliyev prospekti, 51);Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialı(Şəki ş., M.Rəsulzadə prospekti, 305);Azərbaycan Müəllimlər İnstitutunun Qazax filialı(Qazax ş., H.Əliyev prospekti, 150);Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialı(Ağcabədi ş., M.Rəsulzadə prospekti, 210);Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialı(Cəlilabad ş., M.Hüseyn küçəsi, 20);Azərbaycan Müəllimlər İnstitutunun Quba filialı(Quba ş., Fətəlixan küçəsi, 4);Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialı(Salyan ş., B.Talıblı küçəsi, 1);Azərbaycan Müəllimlər İnstitutunun Şamaxı filialı(Şamaxı ş., Şəhriyar qəsəbəsi, Azadlıq küçəsi, 1);Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialı(Zaqatala ş., Əzizbəyov küçəsi, 4).Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, həmçinin 16 yaşı 2012-ci il aprelin 30-dək tamam olmayan Azərbaycan Respublikasının vətəndaşları ərizələrini TQDK-da və onun regional bölmələrində yaradılmış SQK-larda təsdiq etdirirlər:TQDK (Bakı ş., Akademik H.Əliyev küçəsi, 17);TQDK-nın Naxçıvan MR Regional Bölməsi (Naxçıvan ş., Nizami küçəsi, 10);TQDK-nın Gəncə Regional Bölməsi (Gəncə ş., H.Əliyev meydanı, İnzibati bina);TQDK-nın Lənkəran Regional Bölməsi (Lənkəran ş., H.Aslanov xiyabanı 52);TQDK-nın Quba Regional Bölməsi (Quba ş., Fətəlixan küçəsi, 8);TQDK-nın Şəki Regional Bölməsi (Şəki ş., M.Rəsulzadə prospekti, 182).Gürcüstan Respublikasında yaşayan azərbaycanlılar ərizələrini Qazax Rayon Təhsil Şöbəsində yaradılmış SQK-da təsdiq etdirə bilərlər.Abituriyentlər ərizələrini təsdiq etdirmək üçün SQK ya aşağıdakı sənədləri şəxsən təqdim etməlidirlər:- tam orta, orta ixtisas və ya ali təhsili haqqında sənədi:a) əvvəlki illərin məzunları sənədin əslini;b) cari ilin məzunları təhsil müəssisəsi tərəfindən verilən və abituriyentlərin buraxılış sinfində (kursunda) oxuduqlarını təsdiq edən arayışı, (16 yaşı 2012-ci il aprelin 30-dək tamam olmayan abituriyentlərə verilən arayışa (Əlavə 4), abituriyentin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir);c) ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlər məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən və abituriyentlərin buraxılış imtahanına buraxılmasını təsdiq edən arayışı (Əlavə 5);- şəxsiyyəti təsdiq edən sənədin əslini:a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şəxslər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;- hərbi bilet və ya çağırışçı şəhadətnaməsini.Ali və ya orta ixtisas təhsili olan abituriyentlər yuxarıda qeyd olunan sənədlərlə yanaşı aşağıdakıları da SQK-ya təqdim etməlidirlər:- təhsil aldıqları müəssisə tərəfindən verilən və ali (orta ixtisas) təhsilinin dövlət hesabına olub-olmamasını təsdiq edən arayışı (Əlavə 6);- attestatın əslini və ya məzunu olduqları təhsil müəssisəsi tərəfindən verilən və attestat qiymətləri göstərilən arayışı (Əlavə 7).Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, yuxarıda qeyd olunan sənədlərlə yanaşı, onların notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də SQK-ya təqdim edirlər.1977-1994-cü il təvəllüdlü (1994-cü il iyulun 30-na qədər anadan olmuş) 35 yaşınadək olan çağrışçıların ali və orta ixtisas təhsili müəssisələrinə sənəd vermək üçün möhlət haqqında arayışı və hərbi sənədlərində bu barədə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatı olmalıdır. Hərbi qeydiyyatın aparılması Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.Ümumi təhsil müəssisələrinin 2012-ci il məzunlarından möhlət haqqında arayış tələb olunmur.Ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarında təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini təsdiq etdirdikdən sonra, mayın 1-dən 18-dək TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyalarına (QİK) tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim etməklə seçmə turda iştirak edirlər. QİK-də abituriyentlərin seçdikləri xüsusi qabiliyyət tələb edən ixtisaslara yararlılığı yoxlanılır və yoxlamadan müvəffəqiyyətlə keçənlər qeydiyyata alınırlar. Qeydiyyata alınmış abituriyentlər TQDK tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanlarında iştirak edirlər. Test imtahanlarında topladıqları ümumi balları müvafiq müsabiqə şərtlərini ödəyən abituriyentlər müəyyən edilmiş cədvəl üzrə qabiliyyət imtahanlarında iştirak edirlər.Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlər ümumi qaydada elektron ərizələrini təsdiq etdirdikdən sonra iyunun 16-dan 25-dək bu təhsil müəssisəsində dini-psixoloji komissiyadan keçməlidirlər.Rus bölməsinin abituriyentləri “Azərbaycan Respublikasında Dövlət dili haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, “Azərbaycan dili” fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar qəbul imtahanlarına buraxılırlar.Rus bölməsinə sənəd verən abituriyentlər üçün “Azərbaycan dili” fənnindən imtahan iki dəfə – mayın 13-də Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 24-də isə yalnız Bakı şəhərində keçirilir. Mayın 13-də keçirilən imtahanda iştirak etmək istəyənlər ərizələrini mayın 4-dən gec olmayaraq müvafiq SQK-da təsdiq etdirməlidirlər. Bu imtahanda iştirak edə bilməyən və yaxud “qeyri-məqbul” alan abituriyentlər ikinci imtahanda iştirak edə bilərlər.Abituriyent qəbul imtahanına gələrkən mütləq aşağıdakı sənədləri özü ilə gətirməlidir:- İmtahana buraxılış vərəqə¬sini;- Şəxsiyyəti təsdiq edən sənədin əslini;a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan vətəndaşlar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;b) əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;– 16 yaşı 2012-ci il aprelin 30-dək tamam olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı.İmtahanda abituriyentlərə ixtisas qrupları üzrə hər bir fəndən 25 test tapşırığı təqdim olunur. Hər ixtisas qrupunda iki fənn üzrə son 5 sual açıq tipli test tapşırıqlarıdır. İxtisas qrupları üzrə bu fənlər aşağıdakılardır:I – riyaziyyat, fizika;II – riyaziyyat, coğrafiya;III – riyaziyyat, tarix;IV – riyaziyyat, kimya.
OXŞAR XƏBƏRLƏR