Abituriyentlərin elektron ərizələrini təsdiqlətmə müddəti başladı
Bütün Xəbərlər
10:40 16.04.2012
1262
Bu gündən abituriyentlər “Elektron ərizə"lərini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməyə başlaya bilərlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZXEBER.COM-a verilən məlumata görə, qaydalara uyğun olaraq abituriyentlər elektron ərizə doldurduqdan sonra tələb olunan sənədləri mayın 18-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirirlər.2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 10-dan etibarən internet vasitəsilə elektron ərizə doldururlar. Bu proses üçün ayrılmış müddət mayın 16-da başa çatacaq.Qeyd edək ki, ərizələrini qeyd olunan müddət ərzində SQK-da təsdiq etdirməyən abituriyentlər qəbul imtahanlarına buraxılmayacaqlar.