“Abortlara səbəb qadınların öz fiquralarını itirmək istəməmələridir”

“Abortlara səbəb qadınların öz fiquralarını itirmək istəməmələridir”
SOSİAL
14:23 09.10.2025
243
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda 15-49 yaşlı hər min qadın arasında abort halları son üç ildə artıb. Bu artım tendensiyası ailə planlaşdırılması və reproduktiv sağlamlıq məsələlərinin aktuallığını göstərir.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü,yazıçı-kulturoloq Aydın Xan Əbilov AZXEBER.COM-a açıqlamasında deyib ki, son illərdə Azərbaycanın demoqrafik vəziyyəti ciddi dəyişikliklərə məruz qalıb:

"Əvvəllər qadınlar 8–10 uşaq dünyaya gətirirdisə, müstəqillik dövründə bu göstərici azaldı.  Hazırda bir qadın orta hesabla 1–2 uşaq dünyaya gətirir. Bu tendensiya əhalinin qocalması və artımının yavaşlaması ilə bağlı böyük demoqrafik problemlər yaradıb. Son illərdə atasız  uşaqların sayının 14 000 olması və abort hallarının çoxalması da demoqrafik vəziyyətə mənfi təsir göstərib. Keçmişdə abortlar yalnız qadının sağlamlığı və həyatı üçün risk olduqda həyata keçirilirdisə, hazırda hamiləliyi dayandırmaq daha geniş yayılıb. Yaxud da mental dəyərlərə görə, yəni bir neçə qız uşağından sonra oğlan dünyaya gətirmək istəyən analar abort edirdilər. Hazırda isə texnoloji yeniliklər olub və xüsusi aparatlar vasitəsilə uşağın cinsiyyətini öyrənmək mümkündür. Bəzi ölkələr bu aparatdan istifadəni qadağan edir ki, abortlar çoxalmasın”.

Aydın Xan Əbilov bildirib ki, xanımlar çox zaman keysəriyyəyə üz tutur:

"Hamilə qadınların əksəriyyəti əməliyyatla doğuşa üstünlük verirlər. Bu isə 18 ildən son gey və lezbiyanlardan ibarət böyük qoşunun cəmiyyətə buraxılması deməkdir. Eyni zamanda daun sindromu qan xərçəngi və talassemiya kimi xəstəliklərin yaranmasına səbəb olur”.

O əlavə edib ki, abortlara səbəb qadınların öz fiquralarını itirmək istəməmələridir: 

"Onlar dünyaya uşaq gətirsələr, qız gözəlliklərini və fiquralarını itirəcəklərini düşünürlər. Əvvəllər 25 yaşdan yuxarı qadınlar aborta gedirdisə, hazırda bu göstərici 13 yaşa düşüb. Bununla bağlı nə qədər marifçilik fəaliyyəti güclənsə də, azalma müşahidə edilmir”.

Ekspert vurğulayıb ki, uşaq yetişdirmə xərclərinin yüksək olması da abortların artmasına gətirib çıxarıb:

"Uşağa xoşbəxt həyat bəxş etmək istəyən valideynlər xərclərdən qorxurlar. Məsuliyyətsiz valideynlər isə bunu üzərlərinə götürmək istəmir və öz azad həyatlarını yaşamaq istəyirlər. Abortlarla bağlı rəsmi qadağalar olmadığına görə kim necə istəyirsə, o cür edir. Rəsmi olaraq doğum evlərində bəzi qadağalar olsa da, abortları evlərdə həyata keçirənlər var. Bunların statistikası aparılsa, dəhşətli rəqəmlər ortaya çıxar”.

Aydın Xan Əbilov qeyd edib ki, digər ölkələrin təcrübəsi göstərir ki, çoxuşaqlı ailələrə dövlət tərəfindən geniş sosial və maddi dəstək göstərilməsi demoqrafik problemlərin həllinə kömək edir:

"Bu, uşaq yeməkləri, tibbi xidmətlər, mənzil və digər təminatlar şəklində ola bilər. Azərbaycanda da gənc ailələrə dəstək mexanizmlərinin inkişaf etdirilməsi, həmçinin ailələrin maarifləndirilməsi və ictimai qınağın möhkəmləndirilməsi demoqrafik vəziyyətin yaxşılaşmasına təsir göstərə bilər. Məqsəd yalnız maddi dəstək deyil, həm də uşaqların sağlam böyüməsi, valideynlərin məsuliyyətini artırmaq və abort halları ilə bağlı mənfi tendensiyaları azaltmaqdır”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
22:40 09.10.2025
"Əminəm ki, Rusiya-Ukrayna müharibəsinin də həlli reallaşacaq" - Tramp
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
22:28 09.10.2025
Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
22:15 09.10.2025
Kobaxidze Qəzza zolağında əldə olunan atəşkəs razılaşmasını alqışlayıb
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
21:55 09.10.2025
Tramp: İsraillə HƏMAS arasında sülh planının imzalanması Misirdə keçiriləcək
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
21:48 09.10.2025
“Qızların işıqlı gələcəyi naminə maarifləndirmə” layihəsi uğurla yekunlaşdı - FOTOLAR
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
21:46 09.10.2025
Qəzzaya yardım aparan gəmidə iki Azərbaycan vətəndaşı olub - RƏSMİ
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü
21:29 09.10.2025
Lənkəranda qardaşı tərəfindən bıçaqlanan şəxs xəstəxanada öldü
Azərbaycanda xanım “tiktoker”ə canlı yayımda ev hədiyyə edildi - VİDEO
21:25 09.10.2025
Azərbaycanda xanım “tiktoker”ə canlı yayımda ev hədiyyə edildi - VİDEO
Ceyhun Bayramov: Azərbaycan MDB daxilində dialoqun tərəfdarıdır
21:13 09.10.2025
Ceyhun Bayramov: Azərbaycan MDB daxilində dialoqun tərəfdarıdır
Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
21:10 09.10.2025
Düşənbədə MDB Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb
Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb
20:56 09.10.2025
Ceyhun Bayramov tacikistanlı həmkarı ilə görüşüb
Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri üçtərəfli protokol imzalayıblar
20:44 09.10.2025
Türkiyə, Azərbaycan və Gürcüstanın müdafiə nazirləri üçtərəfli protokol imzalayıblar
Hərbi əməliyyatlara “VoMA”, ASALA və digər terror təşkilatları cəlb olunublar - MƏHKƏMƏ
20:40 09.10.2025
Hərbi əməliyyatlara “VoMA”, ASALA və digər terror təşkilatları cəlb olunublar - MƏHKƏMƏ
Mədəniyyət naziri rəisi işdən çıxardı, yerinə müavinini təyin etdi
20:22 09.10.2025
Mədəniyyət naziri rəisi işdən çıxardı, yerinə müavinini təyin etdi
Goranboyda qəza oldu - Yaralılar var
20:19 09.10.2025
Goranboyda qəza oldu - Yaralılar var
Quş qripinə görə bir sıra ölkədən malların idxalına məhdudiyyət qoyuldu
20:11 09.10.2025
Quş qripinə görə bir sıra ölkədən malların idxalına məhdudiyyət qoyuldu