ABŞ, Almaniya və Fransa diplomatları Azərbaycan XİN-ə çağırıldı

ABŞ, Almaniya və Fransa diplomatları Azərbaycan XİN-ə çağırıldı
SİYASƏT
14:35 28.11.2023
526
28 noyabr 2023-cü il tarixində Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə (XİN) çağırılıblar.

XİN-dən AZXEBER.COM-a bildirilib ki, görüşlərdə bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə "AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib.

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin, FreedomNow, New Democracy Fund və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, "AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub.

Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb.

Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, Media haqqında Azərbaycan Respublikasının Qanununa əsasən yerli media subyektinin xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmədiyi xatırlanıb.

Sözügedən ölkələrin səfirliklərinin və onlara məxsus təşkilatların ölkəmizin ərazisində qeyd edilən qanunvericiliyə zidd hərəkətləri Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının da pozuntusu olduğu qeyd edilib.

Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinə zidd olan və ölkənin daxili işlərinə qarışmaq məqsədi daşıyan bu fəaliyyəti şiddətlə qınayıb və sözügedən faktlarla əlaqədar milli qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxladığı diqqətə çatdırılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
19:14 27.06.2026
Həftəsonu daha da dəhşətli olacaq - Son 150 ilin rekordu qeydə alındı
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
19:09 27.06.2026
Motosikleti “protiv” sürüb yolda hamıya təhlükə yaratdı - Araşdırma aparılır - Video
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
19:04 27.06.2026
Oğlunun dəfninə qatılmayıb, məzarına getmir - “Onu torpaq altında təsəvvür edə bilmirəm”
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
18:57 27.06.2026
Azərbaycan Ordusu gücünə görə dünyada neçəncidir?
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
18:53 27.06.2026
Bakıda binanın damında yeni mənzil tikib satışa çıxardılar - Video
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
18:50 27.06.2026
“Bir qədər tələsikliyə yol verilib” - AMEA-dan həmin görüntülərlə bağlı açıqlama - Video
Əfqanıstanda güclü zəlzələ oldu
18:46 27.06.2026
Əfqanıstanda güclü zəlzələ oldu
Bir gündə 34 kiloqramdan çox narkotik aşkarlanıb
18:27 27.06.2026
Bir gündə 34 kiloqramdan çox narkotik aşkarlanıb
Tahir Abdullayev braziliyalı rəqibini məğlub edib
18:11 27.06.2026
Tahir Abdullayev braziliyalı rəqibini məğlub edib
Hörmüz boğazında tanker vurulub
17:59 27.06.2026
Hörmüz boğazında tanker vurulub
Xüsusi təyinatlıların birgə təlimi başa çatdı
17:32 27.06.2026
Xüsusi təyinatlıların birgə təlimi başa çatdı
Qran-pri: Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazanıb
17:14 27.06.2026
Qran-pri: Hidayət Heydərov bürünc, Zelim Tçkayev qızıl medal qazanıb
Xaçmazda kişi evin həyətində ölü tapıldı
16:47 27.06.2026
Xaçmazda kişi evin həyətində ölü tapıldı
Qafqaz Group Təhsil Mərkəzinin dəstəyi ilə Türkiyənin nüfuzlu universitetlərindən daha dörd azərbaycanlı tələbə məzun oldu
16:41 27.06.2026
Qafqaz Group Təhsil Mərkəzinin dəstəyi ilə Türkiyənin nüfuzlu universitetlərindən daha dörd azərbaycanlı tələbə məzun oldu
500-dən çox əməkdaş məsuliyyətə cəlb olunub, məni sevindirmir - Mürsəl İbrahimov
16:21 27.06.2026
500-dən çox əməkdaş məsuliyyətə cəlb olunub, məni sevindirmir - Mürsəl İbrahimov
Yayda hansı qidalar daha təhlükəlidir? — Ekspertlərdən vacib xəbərdarlıq
16:00 27.06.2026
Yayda hansı qidalar daha təhlükəlidir? — Ekspertlərdən vacib xəbərdarlıq