ABŞ-da atışmada bir nəfər ölüb, 11 nəfər yaralanıb

ABŞ-da atışmada bir nəfər ölüb, 11 nəfər yaralanıb
DÜNYA
22:43 27.04.2025
525
ABŞ-ın Cənubi Karolina ştatının Mirrtl-Biç şəhərində baş vermiş atışmada bir nəfər ölüb, 11 nəfər yaralanıb.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə Amerikanın "ABC" telekanalı yerli polisə istinadən məlumat yayıb.

Bildirilib ki, hadisə bir neçə nəfərin iştirak etdiyi dava zamanı baş verib.

Dava iştirakçılarından biri silahdan atəş açıb və buna cavab olaraq bir polis əməkdaşı da silahını işə salıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR