ABŞ-da son sutka ərzində 45 303 koronavirus xəstəsi aşkar edilib, 490 nəfər bu xəstəlikdən ölüb.
Bu barədə məlumatı Cons Hopkins Universiteti yayıb.
Dünən isə sutka ərzində 56 mindən çox insanda COVID-19 xəstəliyi aşkar edilib, 1 038 nəfər dünyasını dəyişib.
Ümumilikdə, koronavirus pandemiyasının başlanğıcından bəri ABŞ-da 32,3 milyondan çox yoluxma faktı qeydə alınıb, 576 mindən çox COVID-19 xəstəsi ölüb.
///Report