ABŞ-da bir gündə 45 mindən çox COVID-19 xəstəsi aşkarlandı

ABŞ-da bir gündə 45 mindən çox COVID-19 xəstəsi aşkarlandı
DÜNYA
18:24 02.05.2021
507
ABŞ-da son sutka ərzində 45 303 koronavirus xəstəsi aşkar edilib, 490 nəfər bu xəstəlikdən ölüb.

Bu barədə məlumatı Cons Hopkins Universiteti yayıb.

Dünən isə sutka ərzində 56 mindən çox insanda COVID-19 xəstəliyi aşkar edilib, 1 038 nəfər dünyasını dəyişib.

Ümumilikdə, koronavirus pandemiyasının başlanğıcından bəri ABŞ-da 32,3 milyondan çox yoluxma faktı qeydə alınıb, 576 mindən çox COVID-19 xəstəsi ölüb.
 
///Report
OXŞAR XƏBƏRLƏR