ABŞ-də Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi - FOTO

ABŞ-də Cümhuriyyət bayramı: Azərbaycanlı jurnalistlər təltif edildi  - FOTO
SOSİAL
16:20 26.05.2025
448

ABŞ-ın Nyu-York şəhərində Amerika Azərbaycan Gənclər idman Asosasiyasının və  Azərbaycan New York Asosasiyası təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 107 illiyi münasibəti ilə böyük tədbir keçirilib.

AZXEBER.COM xəbər verir ki, tədbir torpaqlarımızın azadlığı uğrunda şəhid olanların bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra tədbir iştirakçıları Azərbaycan himnini oxuyublar.

Tədbiri giriş sözü ilə açan Amerika Azərbaycan Gənclər idman Asosasiyasının prezidenti Elgün Xanoğlanlı bu tədbirin daha da geniş rezonans doğurması üçün ABŞ-da yaşayan bütün həmyerlilərimizi məlumatlandırdıqlarını qeyd edib.

Elgün Xanoğlanlı qeyd edib ki, bu tədbirlər Azərbaycan mədəniyyətinin və tarixinin tanıdılması, diaspor üzvləri arasında birlik və həmrəyliyin gücləndirilməsi məqsədi daşıyır.

"Eyni zamanda, bu tədbirlər vasitəsilə Azərbaycan-ABŞ münasibətlərinin inkişafına da töhfə verilir. Bu tədbir  artıq bir  ənənə halına gəlib. Hər il  ABŞ-da yaşayan həmyerlilərimiz və Türkiyə vətəndaşları birlikdə bu bayramı böyük coşqu ilə qeyd edirlər.

Tədbirdə iştirak etmək üçün ABŞ-a səfər edən  "İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri,  Önder.tv-nin rəhbəri  Ramil Əliyev və "Demokrat.az” internet xəbər portalının baş redaktoru Vasif Həsənli  ABŞ-da yaşayan həmyerlilərimizi 28 may Respublika günü münasibətilə təbrik ediblər.

Azərbaycandan gətirilən kitablar və bayraqlar həmyerlilərimizə təqdim edilib.

"İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri,  Önder.tv-nin rəhbəri  Ramil Əliyev Şəhid Mayor Vüsal Vəliyevin həyatından bəhz edən  "Qisas 44” adlı kitabı Amerika Azərbaycan Gənclər idman Asosasiyasının prezidenti Elgün Xanoğlanlıya təqdim edib.

Tədbirə verdikləri önəmə görə "İnkşafa və İslahatlara Dəstək” İctimai Birliyinin sədri Ramil Əliyev və "Demokrat.az” internet xəbər portalının baş redaktoru Vasif Həsənli və Eldar Heydərov Amerika Azərbaycan Gənclər idman Asosasiyası tərəfindən mükafatlandırılıblar.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar övladları ilə görüşüblər
11:41 01.06.2025
4 saylı cəzaçəkmə müəssisəsində məhkum qadınlar övladları ilə görüşüblər
DİM müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edib
11:21 01.06.2025
DİM müxtəlif nəşrləri şəhid övladlarına hədiyyə edib
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
10:46 01.06.2025
Rusiya-Venesuela Ticarət Palatasının rəhbəri Karakasda həbs edildi
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
10:31 01.06.2025
Naxçıvanda məhkum valideynlər uşaqları ilə görüşdü
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
10:09 01.06.2025
Ucarın elektrik yarımstansiyasında yanğın olub, bir sıra kəndlər işıqsız qalıb
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
10:02 01.06.2025
Mehriban Əliyeva Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım etdi
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
23:48 31.05.2025
Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
23:24 31.05.2025
“Fənərbaxça” mövsümü qələbə ilə başa vurdu
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
23:14 31.05.2025
Nigeriyada avtobusun körpüdən çaya aşması nəticəsində onlarla idmançı ölüb
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
22:57 31.05.2025
ABŞ Moskva və Kiyev arasında danışıqların uzanmasını istəmir
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
22:28 31.05.2025
Hikmət Hacıyev: Ermənistan minaları kütləvi qırğın silahı funksiyası daşıyır
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
22:18 31.05.2025
Prezidentdən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım - FOTO
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
22:06 31.05.2025
Dohada “Süni İntellekt və İnsan Hüquqları” mövzusunda beynəlxalq konfrans – FOTO
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
21:56 31.05.2025
"Sabah" komandası "Qarabağ"ı məğlub edərək Azərbaycan Kubokunun qalibi olub
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
21:43 31.05.2025
Ukraynanın Sumı vilayətinin bir hissəsindən təcili təxliyələr başlayıb
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR
21:23 31.05.2025
16 yaşlı Murad Bundesliqada oynayacaq - FOTOLAR