ABŞ-da dördüncü dalğa təşvişi – Sürətlə yayılır

ABŞ-da dördüncü dalğa təşvişi – Sürətlə yayılır
DÜNYA
17:42 09.04.2021
661

ABŞ-da son həftələrdə yeni tip koronavirus yoluxmalarının həddindən artıq dərəcədə yüksək səviyyədə olduğu bildirilir.

AZXEBER.COM-un xarici mediaya istinadən verdiyi xəbərə görə, ABŞ-da sürətli peyvəndlənmə işinin aparılmasına baxmayaraq, gündəlik yoluxma sayı altmış mini ötüb.

Joe Bidenın sağlamlıq üzrə məsləhətçisı Fauçi qeyd edib ki, insanların peyvəndlənməsiylə yoluxma sayı arasında sanki yarış gedir:

"Bir az daha səbrli olun, dəfələrlə qeyd etdiyim kimi Covid-19-a qarşı zəfəri vaxtından öncə qeyd etmənin hələ zamanı deyil”.

Qeyd edək ki, ABŞ-ın bəzi əyalətlərində kəskin sürətdə artım müşahidə olunur. Miçiqan əyalətində yoluxma və xəstəxana yerləşdirmələrində son iki həftədə ikiqat artım yaşanıb. Minnesota və İllinois əyalətlərində təkcə son iki həftədə gündəlik yoluxma sayında 56%artım olub. HazırdaABŞ-da koronavirusa yoluxanlarınsayı otuz bir milyona çatıb,560 min nəfər isə dünyasını dəyişib. Həmçinin əldə edilən məlumata görə, 64 milyondan çox insan ikinci mərhələ vaksin olunub.

Nərmin

OXŞAR XƏBƏRLƏR