ABŞ-da Mübariz Mənsimovun erməni ortağına işləyən FTB agenti həbs olundu

ABŞ-da Mübariz Mənsimovun erməni ortağına işləyən FTB agenti həbs olundu
TOP4
14:28 26.04.2020
2772

ABŞ-ın Ədliyyə Nazirliyinin Kaliforniya dairəsinin mərkəzi vəkil ofisinin açıqlamasına əsasən Federal Təhqiqat Bürosunda (FTB) iyirmi ildən çox xüsusi agent kimi çalışmış Babak Brumand Birləşmiş Ştatların xüsusi hüquq-mühafizə məlumatını təqdim etmək müqabilində ermənilərdən ibarət mütəşəkkil cinayətkarla əlaqədə olan vəkil tərəfindən 200 000 ABŞ dollarından çox pul, rüşvət və hədiyyə qəbul etdiyi üçün həbs olunub.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, yanvar ayından etibarən təqaüdə çıxan Brumand rüşvət alaraq, dövlət məmuru adından sui istifadədə ittiham olunur. İttihama əsasən San-Fransisko sahə ofisinə təyinat alan, milli təhlükəsizlik və məxfi mənbələrlə məşğul olan FTB agenti vəkil tərəfindən mütəmadi olaraq rüşvət və hədiyyələr alıb.

2015 və 2017-ci illər ərzində əldə edilmiş razılığa əsasən, Brumandın hər ay orta hesabla 10 000 ABŞ dollarına yaxın rüşvət aldığı iddia edilir. Bu rüşvət 2016-cı ildə lisenziyalı vəkil statusunu alan şəxs (daha sonra sifarşçi kimi qeyd olunur-red) tərəfindən mütəmadi əsaslarda ödənilib. Onun Brumandın hesabına bu müddət ərzində ümumilikdə 200 min ABŞ dollarından çox vəsait köçürdüyü bildirilir.

 

 

Rüşvət əməliyyatları başlayandan bir müddət sonra vəkil Brumanddan erməni mütəşəkkil cinayət fiquru olan Levon Termendzyanın FTB informasiya bazasında yoxlanmasını xahiş edib. Bu əməliyyatın üstü açılıb və Brumandın 2015-ci ilin yanvarında dəfələrlə Termendzyanla bağlı FTB-nin konfidensial cinayət işi materiallarına baxması ortaya çıxıb.

Bəs cinayət işində adı keçən Levon Termendzyan kimdir?

Qeyd edək ki, hələ fevral ayında ABŞ-ın Yuta ştatında külli miqdarda vəsaitin mənimsənildiyi fırıldaqçılıq işində ittiham edilən erməni əsilli Levon Termendzyanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. "Lev Aslan Dermen” kimi tanınan Levon Termencyan "Washakie Renewable Energy LLC” şirkətinin rəhbəri Ceykob Kinqton və və maliyyə direktoru İsaey Kinqstonla birlikdə ittiham edilir.

 

 

Onlar saxta ticarət hesabatlarının köməyi ilə 500 milyon ABŞ dollarından çox vergi subsidiyalarının israfçılığında, habelə digər cinayətlərdə təqsirləndirilirlər.

Bu, həmin Termendzyandır ki, onun FETÖ ilə əlaqədar həbs edilən biznesmen Mübariz Mənsimovun erməni ortağı olduğu aşkarlanıb. Levon Termendzyana ABŞ Xəzinəsini 1 milyard ABŞ dolları aldatdığı səbəbilə 130 il həbs cəzası istənilib.

Yanvarın 27-də Yuta ştatının paytaxtı Solt-Leyk-Sitidə məhkəmə qarşısına çıxan Termendzyana 10 ayrı-ayrı cinayətə görə 130 ilədək, cinayəti boynuna almış Kinqston qardaşları üçün isə 30 ilədək həbs cəzası tələb edilib. 7 həftə çəkən proses nəticəsində onların cinayətkar olduğu məhkəmə tərəfindən təsdiqlənib.

Halbuki Mübariz Mənsimov Levonla olan əlaqələrini inkar edir. M.Mənsimov L.Termendzyanla ortaq olduğu xəbərlər haqqında "Heç bir erməni mənə yaxın dura da bilməz. Bu cür iddialar erməni diasporasının iftiralarıdır”, - deyib.

Lakin istintaq materialları bu iddiaların həqiqətə uyğun olmadığını, habelə tərəflərin əlaqələrində şübhəli məqamların mövcudluğunu deməyə əsas verir.

"Mübariz Mənsimov bizim partnyorumuz olub. Mansimov ilə 2016-cı ildə atamın təlimatı ilə Kaliforniya mərkəzi "Palmali USA LLC” adlı şirkət qurmuşduq. Mübarizin söylədikləri yalandır”, - deyə L.Termendzyanın oğlu Corc Termendzyan məhkəmədə bildirib.

Hələ bir müddət əvvəl ABŞ-da həbs edilən Termendzyan və Kinqston qardaşları Mübariz Mənsimov ilə birgə 2016-cı ilin oktyabrın 27-də neftdaşıma məqsədilə 201630710161 qeydiyyat nömrəli "Palmali USA LLC” adlı gəmi şirkətini qurublar.

 

 

Kaliforniya ştatının rəhbərliyi tərəfindən 2016-cı ilin 18 noyabr tarixli və 16-499992 nömrəli sənəddə "Palmali USA LLC” şirkətində Levon Termendzyanın oğlu Corcun menecer olaraq təyin edildiyi, şirkət mərkəzinin isə 1234 W Cowles St, Long Beach, CA 90813 ünvanında olduğu qeyd edilib.

FTB-nin keçmiş agentinin həmçinin 2016-cı ilin may ayında Lev Aslan Dermen kimi də tanınan Termendzyanın 1 milyard ABŞ dolları civarında yanacaq vergisi dələduzluğuna görə açılan cinayət işinə müdaxilə etdiyi də aydın olub.

Vəkil başqa müştəri barəsində adının terrorçuluqda keçib-keçməməsi barədə məlumatın yoxlanılmasına görə Brumanda "Dukati” motosikleti və 26 000 min ABŞ dolları məbləğində aksessuarlar hədiyyə edib.

Bu mənfəət qarşılığında vəkil mütəmadi olaraq Brumanda onunla qanuni və qeyri-qanuni işlərdə əlbir olan 20-ə yaxın şəxs barəsində konfidensial məlumatların yoxlanılmasını tələb edib.

Hazırda FTB, Əmək Departamenti və Maliyyə Departamentinin nəzdində Mədaxil Kriminal Tədqiqatı tərəfindən Brumanda qarşı cinayət işinin istintaqı davam edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ermənistana 14 vaqon buğda göndəriləcək
18:50 05.08.2026
Ermənistana 14 vaqon buğda göndəriləcək
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
18:33 05.08.2026
Makron: Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
18:22 05.08.2026
"Reuters": Müharibədə 3 400-dən çox iranlı və 18 ABŞ hərbçisi həlak olub
Abbas Əraqçi Pakistana səfər edəcək
18:05 05.08.2026
Abbas Əraqçi Pakistana səfər edəcək
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
17:51 05.08.2026
Tum çırtlayan, siqaret çəkən, evlilik təklifi edən sürücülər... Avtobuslarda nələr baş verir?
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
17:43 05.08.2026
Kart limitləri ilə bağlı yenilik: Bir il ərzində 20 min manat...
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
17:40 05.08.2026
Azərbaycanda hansı məşhur filmlər çəkilib? - "Forsaj", "Ceyms Bond", "Brliyant əl"...
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
17:36 05.08.2026
"Bakıda taksi qiymətləri bahalaşacaq, tıxaclar artacaq" - XƏBƏRDARLIQ
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
17:23 05.08.2026
Zəng yox, mesaj: İnsanlar niyə danışmaq əvəzinə yazışmağa üstünlük verir?
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
17:08 05.08.2026
Sabah dənizə getmək istəyənlərin NƏZƏRİNƏ
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
17:04 05.08.2026
Bakıda bu avtobus marşrutunun hərəkəti dəyişdirildi
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
16:55 05.08.2026
“Köhnə stereotiplər Azərbaycanın hüquqi mövqeyini dəyişə bilməz”- Deputat
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
16:38 05.08.2026
Hacıbəy Heydərli: Bu fərman sosial şəbəkə platformalarının məsuliyyətini artıracaq
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
16:37 05.08.2026
Kapital Bank-ın istiqrazlarına tələbat buraxılış həcmini üç dəfəyə yaxın üstələdi
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
16:29 05.08.2026
Evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanıldı
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?
16:22 05.08.2026
Süni intellektlə hazırlanan saxta videoları necə tanımaq olar?