Xocalı soyqırımını törədən erməni general öldü

TOP4
10:12 19.11.2020
2494
Ermənistan silahlı qüvvələrinin ehtiyatda olan general-leytenantı Manvel Qriqoryan ölüb.

Bunu Respublikaçı Partiyasının üzvü Karen Avaqyan deyib.

M.Qriqoryan uzun sürən xəstəlikdən ölüb.

İkinci Qarabağ müharibəsi başlayandan sonra o, Dağlıq Qarabağa gəlmişdi, lakin səhhəti ağırlaşdığına görə oktyabrın 20-si Ermənistana çatdırılaraq xəstəxanalardan birinin reanimasiyasına yerləşdirilmişdi.

Qeyd edək ki, Manvel Qriqoryan 1956-cı ildə Eçmiədzinin Arşaluys kəndində doğulub. Yerevan Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Azərbaycan torpaqlarının qanlı işğalının fəal iştirakçılarındandır. O, Qarabağ müharibəsində əsir götürdükləri yüzlərlə azərbaycanlıdan birini dörd il evində qul kimi saxladığını etiraf edib. M.Qriqoryanın dəstəsi Dağlıq Qarabağda azərbaycanlı mülki şəxslərə qarşı xüsusi qəddarlığı ilə seçilib. O, Ermənistan silahlı qüvvələrinin hərbçisi kimi işğal altında olan Dağlıq Qarabağ bölgəsində müxtəlif hərbi hissələrdə komandirlik edib, Ermənistan ordusunda korpus komandiri işləyib. 1996-cı ildə general-mayor, 2000-ci ildə general-leytenant ali hərbi rütbəsi alıb. 2000-2008-ci illərdə müdafiə nazirinin müavini postunu tutub. 2012 və 2017-ci illərdə Ermənistan Respublika Partiyasının proporsional siyahısından parlamentin deputatı seçilib.

2018-ci il iyunun 16-da Milli Təhlükəsizlik Xidmətinin tutduğu M.Qriqoryan qanunsuz silah-sursat saxlamaqda, özgə əmlakını talamaqda təqsirli bilinir. Ona məxsus ev və ərazilərdən külli miqdarda silah-sursat, hərbi və xüsusi texnika, cəbhə bölgəsi üçün yığılmış tibbi ləvazimat, ərzaq aşkarlanıb. Onun "Əsgər payı” adlı ət konserv bankalarının bir hissəsini Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində gizlətdiyi məlum olub. Bildirilib ki, iyunun 20-də Dağlıq Qarabağda Qriqoryanın zəbt etdiyi "Ara ler” adlandırılan ərazidə axtarış-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində həmin yerdən ət konserv bankaları ilə yanaşı, satış üçün nəzərdə tutulmayan başqa ərzaq məhsulları və mallar aşkarlanıb. Deputatın ailəsi cinayətkarlıqla məşğul olub. Ermənistanın keçmiş müdafiə nazirinin müavini, deputat Qriqoryanın həyat yoldaşı Nazik Amiryan əsgərlər üçün nəzərdə tutulan 3 minə yaxın ət konserv bankasını gizlətməyə cəhd edib. Müdafiə nazirinin keçmiş müavininin törətdiyi əməllər o qədər iyrəncdir ki, hətta, vəkil Qrant Ananyan ona hüquqi yardım göstərməkdən imtina edib. Xocalı soyqırımı həmmüəlliflərindən biri olan M.Qriqoryanla bağlı cinayət işində keçmiş müdafiə naziri Seyran Ohanyanın da adı hallanır. 2016-cı ilin aprel döyüşləri zamanı məlum olub ki, erməni silahlılarının yemək, geyim və digər tələbat mallarına ehtiyacı var. Onda ermənilər sosial şəbəkələrdə yaydığı plakatlarda orduya lazım olan ərzaq və başqa ləvazimatların toplanmasına başlamışdılar. O vaxt yayılan elanlarda bildirildi ki, orduda ilkin tibbi yardım çantalarına, yataq ləvazimatına, ədyal, su üçün qab, corab, alt paltarları, içməli su, şirələr, kolbasa, çay, qəhvə, konservləşdirilmiş ət və s. ehtiyac var.
 
///Report

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:50 22.10.2021

Faciəvi şəkildə həlak olan şəhid xanımı dəfn edildi - Foto

16:36 22.10.2021

Şəhidin anası gəlini ilə ölümündən 2 dəqiqə əvvəl danışıb - VİDEO

16:29 22.10.2021

Güclü külək əsəcək, temperatur 4-7 dərəcə enəcək - XƏBƏRDARLIQ

16:10 22.10.2021

Tanınmış futbolçunu evində güllələdilər

16:08 22.10.2021

İqtisadiyyat naziri 7-ci Dünya İnvestisiya Forumunda çıxış edib - FOTO

15:59 22.10.2021

Azərbaycanda taksi sürücüsü 8-ci sinif şagirdini zorlamaq istədi - FOTO

15:55 22.10.2021

Sanitar qaydaları kobud şəkildə pozan çörək sexi bağlandı - FOTO

15:54 22.10.2021

Deputat insanlara çağırış etdi: “İnanın, vaksinin fəsadları yoxdur..."

15:45 22.10.2021

Bakı sakinləri eyvanlarından prezident və ailəsini belə salamladılar - VİDEO

15:31 22.10.2021

Türkiyədə Polad Həşimovun anasına mükafat təqdim olundu - FOTO

15:23 22.10.2021

Yazıçı: “Güclü xarakterə malik insan haqqında yazmaq ikiqat çətindir”

15:19 22.10.2021

Ermənistanın S-300 zenit-raketlərinin necə aşkarlanaraq məhv edildiyi məlum oldu

15:13 22.10.2021

Xalq artistinin oğlunun vəziyyəti ağırdır - VİDEO

15:03 22.10.2021

"Mən boşananda anam iflic oldu"

15:02 22.10.2021

Hikmət Hacıyev: Bizim məqsədimiz qisas deyil, gələcək sülhə çağırışdır

15:00 22.10.2021

Lirə sürətlə ucuzalaşır, dəyər itirir – Manatın aqibəti necə olacaq? (TƏHLİL)