ABŞ-ın Florida ştatının Fort-Loderdeyl hava limanında atışma nəticəsində 5 nəfər ölüb, 8-i yaralanıb.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli şerifin ofisi məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, atəş təqribən 35 yaşlı şəxs tərəfindən açılıb.
İnsidentlə əlaqədar olaraq aeroport bağlanıb.