ABŞ-da “qara cümə”də 2 nəfər ölüb, 4 nəfər yaralanıb

ABŞ-da “qara cümə”də 2 nəfər ölüb, 4 nəfər yaralanıb
DÜNYA
10:01 26.11.2016
1116
ABŞ-da "qara cümə" adlı milad öncəsi endirimli satış mövsümünün açılışı zamanı 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
 
AZXEBER.COM-un APA-ya istinadən verdiyi xəbərə görə, Nyu-Cersi ştatında "Macy's” univermağının qarşısında naməlum şəxs iki gənci güllələyib. Onlardan biri hadisə yerində, digəri isə xəstəxanada ölüb.
 
Nevada ştatının Reno şəhərində, "Walmart” hipermarketinin avtomobil dayanacağında bir alıcı digərini güllələyərək öldürüb. Cinayətkar hadisə yerindən qaçıb.
 
Daha 3 nəfər Tennessi ştatının Memfis və Çattanuqa şəhərlərində güllə yarası alıb. Məlumata görə, son sutka ərzində ticarət mərkəzlərində azı 4 silahlı insident baş verib.
OXŞAR XƏBƏRLƏR