ABŞ-da seksual manyakın öldürdüyü azərbaycanlı qızın ata-anası polisi günahlandırır

ABŞ-da seksual manyakın öldürdüyü azərbaycanlı qızın ata-anası polisi günahlandırır
Bütün Xəbərlər
16:50 10.09.2014
2310
Onlar skype vasitəsilə danışıblar.
ABŞ-ın Massaçusets ştatının Kuinsi şəhərində seksual manyak tərəfindən öldürüldüyü ehtimal edilən və cəsədi yoxa çıxan 23 yaşlı azərbaycanlı qızın valideynləri danışıb.
AZXEBER.COM Virtualaz.org-a istinadən xəbər verir ki, Evelin Vəlibəyovanın atası Artyom və anası Nərgiz Massaçusetsdə nəşr olunan “The Boston Globe” qəzetinin əməkdaşı, bu səs-küylü cinayət hadisəsini araşdıran Tomas Farragerlə skype vasitəsilə danışıblar.
Evelinin valideynləri deyirlər ki, Massaçusets polisi cinayətin üstünü isti izlərlə açmaq şansını əldən verib və Evelin yoxa çıxandan sonra onun axtarışı ilə lazımınca məşğul olmayıb.
Xatırladaq ki, Evelin Vəlibəyova bir neçə il əvvəl ABŞ-a köçüb, Kuinsi şəhərində restoranda işləyib və həmçinin restoran sahibinin uşaqlarına dayəlik edib. 2011-ci ilin iyul ayında o, yaşadığı mənzildən yoxa çıxıb. Polis mənzilə baxış keçirəndə xalçanın və döşəmənin qana bulaşdığını görüb, lakin qızın cəsədini indiyədək tapmaq mümkün olmayıb.
Yalnız bu yaxınlarda prokurorluq qızın qətli və cəsədinin yoxa çıxması cinayətinə görə əsas şübhəli şəxsi müəyyən edib. Bu, 1986-cı ildə 9 yaşlı qızı oğurlayaraq zorlayan və öldürən, 2006-cı ildə azadlığa çıxan Con Kastenqaudur.
Məlum olub ki, usta işləyən C.Kastenqau hadisədən əvvəl Vəlibəyovanın yaşadığı mənzildə təmir işləri görüb. O, mənzilin açarını əldə edərək qızın evdə tək olduğu vaxtda onu qətlə yetirib. Müstəntiqlər qızın yataq otağından C.Kastenqaunun bu cinayəti törətdiyini təsdiqləyən dəlillər aşkar ediblər.
Hazırda şərti azadlıqda olma qaydalarına əməl etmədiyi üçün həbsdə olan seksual manyak əvvəlcə cinayəti törətdiyini boynuna alıb, lakin daha sonra verdiyi ifadədən imtina edib və Vəlibəyovanı tanımadığını bildirib. Cəsəd tapılmadığından ona qarşı qətl ittihamı irəli sürmək problemlidir.
“The Boston Globe” yazır ki, Vəlibəyovanın Bakıda yaşayan atası və anası hələ də qızlarının sağ olduğuna ümidlərini üzməyiblər. Onlar ümid edirlər ki, qızları Evelin əvvəl-axır bu qaranlıq boşluqdan çıxacaq və yenidən onların həyatına geri qayıdacaq.
“Bir dəqiqə də olsun onu yaddan çıxara bilmirik. Qeyri-müəyyənlik bizi öldürür” - deyə Artyom Vəlibəyov emosional müsahibədə bildirib.
“Bizim bütün həyatımız baş-ayaq oldu. Hər gün dua edirik ki, kaş Evelin sağ olaydı” - bunu isə Evelinin anası Nərgiz deyir.
Seksual manyak ziddiyyətli ifadələr verir və ifadələrinin birində təsdiq edir ki, Vəlibəyovanın mənzilində yarım saatlıq xırda təmir işləri görüb və bir daha həmin mənzildə olmayıb.
Lakin qızın qonşusu polisə verdiyi ifadədə təsdiq edib ki, C.Kastenqau azı iki dəfə Vəlibəyovanın mənzilində olub və azərbaycanlı qız ona təmir işləri sifariş verdiyini danışıb.
Polis C.Kastenqaunun avtomobillərinə, mobil telefonuna, elektron poçtuna baxış keçirsə də Evelinin öldürülməsi və cəsədinin gizlədilməsinə dair hər hansı dəlil tapa bilməyib.
Yerli patrul polisi Con Morris isə deyib ki, o, manayakın bu qətli törətdiyinə və cəsədi gizlətdiyinə şübhə etmir.
“O, qızı qətlə yetirdikdən sonra cəsədini çox güman ki, zibil kisəsinə qoyub və mənzildən çıxarıb. Kastenqau usta olduğundan onun əlində zibil kisəsi aparması heç kimdə şübhə doğurmazdı” - deyə Morris bildirib.
Evelinin anası və yaxın dostları isə deyir ki, Kuinsi polisi qızın yoxa çıxmasından sonra onun axtarışlarına yetərincə diqqət ayırmadı.
“Bu işə heç məhəl qoymadılar və qiymətli vaxt itirildi” - deyə Nərgiz bildirir.
Kuinsi polisinin rəisi Pavel Kinnan isə deyir ki, onun əməkdaşları əllərindən gələni ediblər: “Biz ictimaiyyətin köməyinə ümid edirik, hazırda axtarışlar davam edir”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Putin Çinə gedir
16:14 24.08.2025
Putin Çinə gedir
Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq
16:07 24.08.2025
Kanada Ukraynaya 1 milyard dollarlıq hərbi yardım ayıracaq
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
15:57 24.08.2025
İki ölkə Ukraynaya "Patriot" sistemləri alacaq
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
15:53 24.08.2025
Yanğının söndürülməsinə FHN-in 30 xüsusi təyinatlı texnikası, 140 şəxs heyəti cəlb olunub
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
15:49 24.08.2025
"Sədərək" ticarət mərkəzindəki yanğının təfərrüatları açıqlandı
Kürdəmirdə yol qəzası olub, ölən var
15:43 24.08.2025
Kürdəmirdə yol qəzası olub, ölən var
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
15:21 24.08.2025
Moskvada Mərkəzi Uşaq Mağazasında partlayış olub, ölən və yaralananlar var
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
15:04 24.08.2025
BDYPİ: “Sədərək” ticarət mərkəzindəki yanğınla əlaqədar yollarda təhlükəsizlik tədbirləri görülür
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb