ABŞ-da ticarət mərkəzində atışma: Dörd nəfər öldürülüb

ABŞ-da ticarət mərkəzində atışma: Dörd nəfər öldürülüb
DÜNYA
09:53 01.04.2021
364
ABŞ-ın Koliforniya ştatının Orinc şəhərində yerləşən ticarət mərkəzində silahlı insident baş verib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, naməlum şəxs tərəfindən açılan atəş nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb.

Ölənlərdən birinin azyaşlı olduğu bildirilir.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, hazırda hadisə baş verən şəhərdə vəziyyət sabitləşib, əhalinin həyatı və təhlükəsizliyi üçün heç bir təhlükə yoxdur.


OXŞAR XƏBƏRLƏR