ABŞ-da virusdan ölənlərin 99%-dən çoxu peyvənd olunmayanlardır

ABŞ-da virusdan ölənlərin 99%-dən çoxu peyvənd olunmayanlardır
DÜNYA
08:00 05.07.2021
759
"ABŞ-da hər kəsin koronavirus (COVID-19) əleyhinə peyvənd olunması üçün kifayət qədər vaksin var”.

AZXEBER.COM xəbər verir ki, bunu ABŞ-ın Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi "NBC” kanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, vaksinasiya koronavirus infeksiyasına qarşı mübarizədə çox təsirlidir:

"Son bir ayda COVID-19-dan ölənlərin 99,2 faizi peyvənd olunmayıb. Mükəmməl peyvənd yoxdur. Problemli insanların böyük əksəriyyəti peyvənd olunmayıb”.

OXŞAR XƏBƏRLƏR