ABŞ-dakı viza dəyişikliklərinin azərbaycanlılara təsiri necə olacaq? - Rəsmi açıqlama

ABŞ-dakı viza dəyişikliklərinin azərbaycanlılara təsiri necə olacaq? - Rəsmi açıqlama
SİYASƏT
11:02 01.02.2017
827

"ABŞ prezidenti Donald Tramp tərəfindən qəbul olunan viza qadağası Azərbaycan vətəndaşlarına da təsir edəcəkmi?”

Bu barədə sorğu ilə ABŞ-ın Bakıdakı səfirliyinə müraciət edib.

Miqrasiya qaydalarının sərtləşdirilməsi barədə ABŞ prezidentinin imzaladığı fərman təkcə sanksiya tətbiq olunan ölkələrə - İran, İraq, Suriya, Sudan, Liviya, Somali və Yəmənə təsir etməyəcək. Digər ölkələr də müəyyən dəyişikliklərlə qarşılaşacaqlar.

Səfirlikdən verilən məlumata görə, əvvəllər təkrar viza aldıqda vətəndaşlar müsahibədən keçməyə bilərdilər. Bunun üçün əvvəlki vizanın müddətinin başa çatmasından 4 ildən az vaxt keçməli idi. Yeni qaydalara əsasən, bu müddət 12 aya qədər qısaldılıb.

Xarici ölkələrin və beynəlxalq təşkilatların diplomatik və rəsmi viza ərizəçiləri, uşaqlar və 79 yaşdan yuxarı yaşlı insanlar isə müsahibə prosedurlarını keçməkdən azad olunublar.

///haqqın.az
OXŞAR XƏBƏRLƏR