'ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə tərəfdardır'

Bütün Xəbərlər
17:25 23.01.2012
1168
ABŞ-ın Azərbaycandakı səfirliyi bu gün Soçidə Rusiya Prezidenti Dmitri Medvedevin vasitəçiliyi ilə keçirilmiş görüşün yekunu olaraq Azərbaycan və Ermənistan prezidentləri arasında qəbul edilən Birgə Bəyanata münasibət bildirib.Səfirliyin mətbuat katibi Kis Bin SalamNews-a deyib ki, ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində üzərinə götürdüyü öhdəliyə sadiqdir. O vurğulayıb ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə ədalətli həllinə tərəfdardır.Xatırladaq ki, bu gün Soçidə prezidentlər İlham Əliyevin, Dmitri Medvedevin və Serj Sarkisyanın üçtərəfli görüşündən sonra Azərbaycan və Ermənistan dövlət başçıları birgə bəyanat qəbul ediblər.
OXŞAR XƏBƏRLƏR