ABŞ-də 16 ildən sonra ilk dəfə eyni gündə üç ölüm hökmünün icra edildiyi bildirilib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, ilk edam Oklahoma ştatında 70 yaşlı Carlos Cuesta-Rodriguezə qarşı həyata keçirilib. O, 2003-cü ildə həyat yoldaşını öldürməkdə təqsirli bilinib və ölümcül inyeksiya yolu ilə edam olunub.
Təxminən bir saat sonra Tennessi ştatında 66 yaşlı Darrell Hinesin ölüm hökmü icra edilib. Hines 1985-ci ildə otel əməkdaşını öldürməkdə təqsirli bilinmişdi.
Günün üçüncü edamı isə Alabama ştatında baş tutub. 42 yaşlı Jeremy Williams 5 yaşlı qızı zorlayaraq öldürməkdə təqsirli bilindiyi üçün edam edilib.
ABŞ-də eyni gündə üç ölüm hökmünün icrası sonuncu dəfə 7 yanvar 2010-cu ildə baş vermişdi. Hazırda ölkənin 27 ştatında ölüm hökmü qanuni olaraq tətbiq olunur.
Qeyd edək ki, ötən il ABŞ-də 47 ölüm hökmü icra edilib. Bu göstərici əvvəlki il 25 olub.
Gülay











































