Rusiya qüvvələri Ukraynaya qarşı yeni raket hücumuna hazırlaşır.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski xalqa axşam müraciəti zamanı məlumat verib.
"Bu gün gecə və sabah gün ərzində raket təhlükəsi ilə bağlı xəbərdarlıqlara xüsusi diqqət yetirməyinizi xahiş edirəm. Məlumat var ki, rusiyalılar zərbə endirməyə hazırlaşırlar. Özünüzü qoruyun. Rusiyada da bilməlidirlər ki, onların hər bir pis əməlinə bizim ədalətli cavabımız olacaq”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, ötən gün də Zelenski analoji xəbərdarlığı etmişdi.
///axar.az











































