ABŞ-də bütün uçuşlar dayandırılıb

ABŞ-də bütün uçuşlar dayandırılıb
DÜNYA
04:12 14.11.2026
66
ABŞ-nin Federal Aviasiya İdarəsi (FAA) aviadispetçerlərin avadanlığında yaranan problemlər səbəbindən ölkə ərazisindəki bütün hava limanlarından uçuşları dayandırıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə FAA-nın bildirişində deyilir.

"Uçuşlara qoyulan məhdudiyyət fövqəladə hallar və təhlükəsizlik mülahizələri ilə əlaqədar tətbiq edilib. Bütün hava limanlarında uçuşlara qadağa qoyulub. Bütün yola düşən reyslər sonrakı göstərişlərə qədər hava limanında qalmalıdır", - sənəddə qeyd olunur.

İdarədən izah ediblər ki, bu, uçuşların idarə edilməsi sisteminin işinə təsir göstərən FAA avadanlığının sıradan çıxması ilə əlaqədardır.
OXŞAR XƏBƏRLƏR